Adətən qoyun ilində bolluq olur, insanlar yaxşılıqlar etməyə daha çox meyilli olması ilə fərqlənir. Yağıntı artır. Fitnə və qarışıqlıqlar tezliklə həll edilir.
Qoyun ilində doğulanlar tələskən, ürəyi yumşaq olurlar. Gerçək hisslərini bəyan etməkdə çətinlik çəkirlər. Heç bir səbəb olmadan kədərlənə, ağlaya bilərlər. Xəyalpərəst olurlar. Özlərini sevilməyə və qorunmağa möhtac hiss edirlər.
Onlar diqqət çəkməyə meyillidirlər. Bəzən kaprizləri və tələblərini qarşılamaq elə də asan olmur. Amma onlar heç kimə zərər vermək istəmir.
Qoyun ilində doğulanların anadangəlmə artistlik qabiliyyəti olur. Dizayn və rəsm çəkməklə yaradıcılıq qabiliyyətlərini nümayiş etdirə bilərlər.
Bu ildə doğulan insanlarda təşkilatçılıq qabiliyyəti zəif olur. Buna görə bir iş təşkil etmək üçün çox vaxt və enerji sərf etməli olurlar. Amma işin öhdəsindən gəlmək üçün gecə-gündüz çalışırlar. Təşvişli olduqları üçün hər zaman köməyə ehtiyac duyurlar.
Məsuliyyətli işlərdə qərar verməyi bacarmırlar. Nizam intizam, qaydalar və tənqidlərə dözümsüzdürlər.
Qoyun ilində doğulanlar romantik olurlar. Çox tez təsir altına düşürlər. Bitən bir münasibətdən sonra uzun müddət toparlana bilmirlər.
Qoyunlar hissləri ilə oynayanlara belə simpatiya ilə yanaşa bilirlər. Nəticədə çox vaxt kədərli olurlar.
Bu ildə doğulanlar uzun müddətli evliliklərdə və münasibətlərdə uğurlu olurlar. Qoyun ilində doğulanlar qaban və dovşan ilində doğulanlarla mükəmməl, öküz ilindəkilərlə çətin, pələng, siçan, meymun və xoroz ilində doğulanlar ilə isə problemli münasibətləri olur.