biber-istiot

Acı qidaların orqanizmə 9 təsiri

Baxış sayı: 984

Acı qidaların-istiotun, ədviyyatların orqanizmə təsiri barədə fikirlər birmənalı deyil. Acı qidalara ələlxüsus havaların soyuduğu aylarda, payız, qış dövründə tələbat artır. Çoxları bu dövrdə xəstəliklərdən, viruslardan qorunmaq, immuniteti gücləndirmək məqsədilə acı bibər-istiot, ədviyyatlar qəbul edir. Bu qidalar orqanizmə necə təsir edir? Hansı faydaları var? Acı qidalar kimlərə mənfi təsir edə bilər?

“Gencaile.az” Türkiyə mediasına istinadən bununla bağlı məqaləni təqdim edir:

 

1)  Artıq çəkidən qurtulmaq olar.

Acı qidalar yemək piyləri əritməyin asan yolu sayılır. Düzdür, piylənmədən qurtulmaq üçün idman etməyin və sağlam qidalanmanın yerini heç bir şey tuta bilməz, ancaq acı bibərin tərkibində olan maddələr bədəndə yağ əriməsini sürətləndirir.

 

2) Ağrıya qarşı dözümlülüyü artrır.

Mütəxəssislər, bibərdə olan kapsaisin adlı maddənin beynimizdəki ağrı verən hisslərə cavabdeh olan nöqtəni hədəf aldığını önə çəkir. Yəni acı yemək, beyinə o anda yaşadığımız fiziki ağrını əhəmiyyətsiz saymağı diqtə edir.

 

3) İmmunitet sisitemini gücləndirir.

Acılı qidalar yedikcə orqanizm antioksidantlarla zənginləşir. Antioksidantlar bizi orqanizmə hücum edən mikroblardan qoruduğu üçün xüsusilə qrip mövsümündə faydalıdır.

 

4) Daha uzun yaşama şansı yaradır.

Bir araşdırma həftədə 6-7 gün acı qida yeyənlərdə ölüm faizinin 14 faiz aşağı olduğunu göstərir. Amma ədviyyatlı qidalar zərərli bir həyat tərzi sürənlərə kömək etmir.

 

5) Şəkər istifadəsini azaldır.

Şəkərin sağlamlığımız üçün qorxulu olduğu artıq bir sirr deyil. Amma istifadə olunan şəkər miqdarını azaltmaq heç də asan deyil. Mütəxəssislər, zaman-zaman menyuya ədviyyatlı yeməklər əlavə etməyin şəkərlə mübarizəyə yardım edəcəyini bildirir.

 

6) Dad hissi zədələnə bilər.

Dil acı yeməyin zərərini hiss edən ilk orqandır. Çox acılı yeməklər qısa zamanda dadbilmə problemlərinə yol açacaq. Amma uzun zaman hər gün çox ədviyyatlı yemək yeyilən müddətdə bu problem aradan qalxır, dad reseptorları yaxşılaşır.

 

7) Allergik reaksiyiya səbəb ola bilər.

Bəzi insanlar ədviyyatlı qidalar qəbul edəndən sonra səhər şişmiş bir üz və qaşıntı ilə oyana bilərlər. Bunun səbəbi acı bibərin, ədviyyatın allergiyaya səbəb olma ehtimalı daha yüksək olmasıdır.

 

8) Mədədə olan problemlər daha da kəskinləşə bilər.

Həssas bir mədəniz varsa, ədviyyatlı qidalar yemək pis nəticə verə bilər. Acı qidalar qastritə səbəb ola bilər və ya mədə problemləriniz varsa, durumu daha da ağırlaşdırar.

 

9) Mədə yanmasını artıra bilər.

 

Acı bibərdəki turşu birləşməsi həddindən artıq qəbul olunduğu halda mədə divarlarını yandırmağa başlayır. Bu vəziyyəti pisləşdirə və uzun müddətdə xroniki vəziyyətə keçə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir