İnqrediyentlər
100 qram yağ
2 ədəd yumurta
1 stəkan şəkər tozu
50 qram süd
1-1,5 stəkan un
1 ç.q. qabartma tozu
0.5 ç.q. vanelin
300 qram üzüm (kişmiş)
Hazırlanma mərhələsi
Yumurta şəkər tozu ilə yaxşı çalınır. Yumşaldılmış yağ, vanilin və süd əlavə edilir, yenə yaxşı çalınır. Un qabartma tozu ilə qarışdırılır, ələnir, kütləyə əlavə edilir, ehtiyatla qarışdırılır. Xəmirə üzüm tökülür, ehtiyatla qarışdırılır. Formaya yağ çəkilir, xəmir əlavə edilir. Soba qabaqcadan 180 dərəcəyə qədər qızdırılır, piroq təxminən 1 saat bişirilir.
Təqdim etdi: Məsudə Sultan