kelem

Kələmin qızıldan qiymətli 7 FAYDASI

Baxış sayı: 894

Ən ucuz və əlçatan tərəvəzlərdən olan kələmin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var. Qida mütəxəssisləri kələmin bu xüsusiyyətlərini çox yüksək qiymətləndirir və onu müntəzəm olaraq yeməyi tövsiyə edir.

Rusiya diyetoloqları kələmin əsas 7 faydasını açıqlayıb.

1. Kələm orqanizmi çox yaxşı təmizləyir, orqanizmdən ziyanlı maddələrin xaric edilməsini sürətləndirir.

2. Podaqra, oynaq xəstəliklərindən əziyyət çəkənlər mütləq kələm yeməlidir ki, bu tərəvəz orqanizmdə sidik turşusunun səviyyəsini aşağı salır. Məhz sidik turşusunun səviyyəsinin artması bir çox oynaq xəstəliklərinin əsas səbəbidir.

3. Kələm güclü iltihabəleyhinə təsirə malikdir. Orqanizmdə iltihabın səviyyəsini aşağı salır.

4. Kələm xərçəngdən qoruyur. Bu xüsusilə süd vəzi xərçənginə aiddir.

5. Qida lifləri ilə zəngin olduğundan kələm bağırsaqları çox yaxşı təmizləyir, qəbizliyi müalicə edir.

6. Kələm ürək və damar xəstəliklərinin riskini azaldır, xolesterinin səviyyəsini və arterial təzyiqi aşağı salır, damarları təmizləyir və möhkəmləndirir.

7. Kələm dərini gözəl, təmiz və sağlam edir.

Kələmdən maksimum fayda almaq üçün onu çiy halda salatlara əlavə etmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir