Kişilər, qadını özünüzə belə aşiq edin – MƏSLƏHƏTLƏR

Baxış sayı: 1. 754

Aşiq etmənin yolu bir dəstə qızılgül, romantik şam yeməyi, ya da birgə romantik film izləməkdirmi görəsən?

kişilərə qadını özünə aşiq etmənin yollarını təqdim edirik.

* Uşaqlara yaxşı davranın. Əgər bunu etmirsizsə, heç olmasa qadınların yanında onlara nifrət etdiyinizi deməyin.

* Özünüzə gülməkdən qorxmayın.

* Xoşlanmasanız belə, qadına qarşı hörmətlə davranın.

* Gözləmədiyi anlarda qəhvə, ya səhər yeməyi hazırlayın. Birlikdə bir səhər yeməyi yemək belə xoşdur.

* Qorxu filmi izləyərkən sizə möhkəm sarılmasına, qolunuzdan möhkəm sıxmasına icazə verin.

* Müvəqqəti olaraq jaketinizi ona hədiyyə edin.

* Nəqliyyat vasitələrində yerinizi yaşlı xanımlara verin.

* Qapını qadın, ya kişi – hər kəsə açın ki, nə qədər alicənab olduğunuzu görsün.

* Karaoke partilərinə qatılın. Səsiniz olmasa da, əylənməyə cəhd edin.

* Maraqlandığınız şeyləri ona da öyrədin.

* “Yaxşısan?”, – deyə soruşduğunda “yaxşıyam” deyib keçməyin. Səmimi olun.

* Sevimli içkisini unutmayın.

* Başını sinənizə qoyduğunda oxşamayı unutmayın.

* Pultu təkbaşına sahiblənməyin.

* Sevdiyiniz film, kitab, musiqilərlə bağlı həqiqətən təvazökar olun. (ailem.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir