peyvend

Peyvəndləri zərərli bilənlərin DİQQƏTİNƏ: Dünya 6 yoluxucu xəstəlikdən xilas oldu

Baxış sayı: 932

Peyvənd zərərlidirmi? Bu sual əsrlər boyunca bəşəriyyəti narahat edən məsələlərdən biri olmuşdur. Peyvəndin əhəmiyyəti ilə bağlı mübahisə və müzakirələr davam edərkən Çində başlayan və yüzlərlə insanın ölümünə səbəb olan koronavirusu mübahisə və müzakirələrə yeni bir baxış bucağı qazandırıb. Peyvəndin həyat xilasedici təsirləri olduğunu ortaya çıxaran və yeni növ peyvəndlərin inkişaf etdirilməsini stimullaşdıran bir çox inkişafa şahid olduq.

“Gencaile.az” saytı xarici KİV-ə istinadən bəşəriyyətdə böyük epidemiyalara səbəb olan və peyvəndlərin sayəsində qarşısı alınan yoluxucu xəstəlikləri təqdim edir:

Çiçək xəstəliyi

Variola adlanan bir virusun səbəb olduğu və tənəffüs yolu ilə yoluxan çiçək xəstəliyi, insanların bədənlərində və üzlərində qabıq bağlayan səpkilərlə müşahidə olunan böyük nöqtələr şəklində qaşıntılı, içi sulu qızartılar meydana gətirir. İmmun sisteminə hücum edərək sürətli şəkildə ölümə səbəb olan xəstəlik 17-ci əsrdə ölümcül bir epidemiyaya səbəb olub. O dövrdə hər 10 insandan 3-ü çiçək xəstəliyi səbəbi ilə həyatını itiririb. Edvard Cenner, dünyanın ilk peyvəndini yaratmaqla digər yeni peyvəndlərin yaradılmasına vəsilə olub. Peyvəndin inkişaf etmiş ölkələrdə davamlı tətbiqinə başlanılıb və 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) “çiçək xəstəliyini tamamilə ortadan qaldırılan ilk xəstəlikdir” şəklində bəyanat verib.

Uşaq İflici və ya Poliomielit

Poliomielit olaraq da tanınan uşaq iflici, mərkəzi sinir sistemini təsir edərək iflicə səbəb olan bir xəstəlikdir. Poliovirusun səbəb olduğu bu xəstəlik, gəlib keçici qrip bənzəri simptomlarla müşahidə olunurdu. Uşaqlar, həftələr boyunca süni tənəffüs cihazlarının içərisində qalırdı. 1952-ci ildə ABŞ-da 3000 uşaq, bu iflicdən həyatını itirib. Ağız yoluyla yoluxan virus, ictimai yerlərdə yayılırdı. 1955-ci ildə inkişaf yaradılan peyvənd sayəsində uşaq iflici nisbətləri sürətlə azalmaya başladı. 2019-cu ilin Mart ayı hesabatlarına görə yalnız üç ölkədə (Nigeriya, Pakistan və Əfqanıstan) uşaq iflici qeydə alınıb.

Difteriya

20-ci əsrin əvvəllərində yayılmağa başlayan difteriya, təkcə 1921-ci ildə 15520 nəfərin ölümünə gətirib çıxarıb. 1990-cı illərin əvvələrində əhali sıxlığının çox olduğu şəhərlərdə insanların ölümünə səbəb olan xəstəlik 1923-ci ildə yaradılan difteriya peyvəndi ilə böyük nisbətdə azaldı. 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatına təxminən 7100 difteriya qeydə alındığı raport edilib. Bu esasən ölkələr ümumiyyətlə inkişaf etməmiş ölkələrin payına düşür. (Centers for Disease Control and Prevention, CDC) (ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri) uşaqlara dörd doza difteriya peyvəndi və hər 10 ildə bir də immunitet gücləndirici peyvənd etdirilməsini tövsiyə edir.

Qulaqdibi xəstəliyi və ya parotid

Rubulavirus ailəsinin üzvü olan paramiksovirus adlı bir virusun səbəb olduğu qulaqdibi xəstəliyi, tüpürcək yoluyla yayılır və uşaqlarda ağrılı bir üzə səbəb olur. Qulaqdibi peyvəndinin vaksinasiyasından əvvəl, ABŞ-da hər il təxminən 186 000 xəstə qeydə alınırdı. Ümumiyyətlə ölümcül riski yaratmasa da, eşitmə itkisi kimi ömür boyu davam edən problemlərə səbəb ola bilən bu xəstəlik, gənc kişilərin təxminən yüzdə 20 və 30 -nun xaya iltihabı adlanan (xaya şişməsi) xəstəliyə səbəb olur. 1997-ci ildə paratid peyvəndi tətbiq olunmağa başlandı və xəstəlik 99 faiz azaldı. Bu gün ildə bir neçə yüz insanda qeydə alınır.

Qızılca

Peyvəndin əhəmiyyətindən danışdıqda nümunə göstərə biləcəyimiz bir başqa yoluxucu xəstəlik də qızılcadır. Paramyxovirida sinifinə aid bir virusun səbəb olduğu bu xəstəlik, tənəffüs sistemi və digər orqanlara təsir edir. Qırmızı nöqtələr halında səpkilər və qrip bənzəri simptomlarla müşahidə olunan qızılca, korluq, beyin zədələnməsi və hətta ölümə belə səbəb ola bilir. 1950-ci illərin sonlarında hər il milyonlarla insan qızılcaya tutulur, 400-500 adam da həyatını itirirdi. Uşaqlarda qızılca, alman qızılcası və qulaqdibinə qarşı immunitet yaranmasını təmin edən , 2 doza tətbiq olunan QQA (Qulaqdibi,Qızılca, Alman qızılcası) peyvəndi sayəsində xəstəliklərin müşahidə nisbəti azaldı. Son vaxtlarda isə peyvənd əleyhdarı kampaniyalar səbəbiylə qızılca, yenidən təhlükəli bir epidemiya halına gəlib.

Alman qızılcası

Alman qızılcası olaraq da tanınan qızılca xəstəliyi bədəndə qızılcada olduğu kimi səpki və yüngülvari qızdırma kimi şikayətlərə səbəb olur. 1964-cu ildə ABŞ-da təxminən 12,5 milyon insan qızılcaya tutulub. Bu dövrdə 11000 qadında Rubella virusundan qaynaqlı abort hadisəsi ya da ölü doğum qeydə alınıb. 1960-cı illərin sonlarında həyata keçirilən qızılca peyvənd proqramı qızılcanın ABŞ-dan silinməsini təmin etdi. Ümumdünya Səhiyyə Təşkilatı, bir neçə il içərisində xəstəliyin bütün dünyadakı yoluxma sayını sıfıra endirməyi hədəfləyir.

Vaksinasiyanın əhəmiyyəti haqqındakı mübahisələri alovlandıran koronavirus ilə bağlı elm adamlarının etdiyi bəyanatlara görə onun peyvəndi qısa müddət içərisində hazır olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir