Fried banana dessert / Kluay Tod -Thai dessert with batter fried bananas dusted with powdered sugar, selective focus

Banan qızartması necə hazırlanır?

Baxış sayı: 801

İnqrediyentlər

4 ədəd banan

2 x.q. qarğıdalı nişastası

 

ÜZƏRİNİ BAĞLAYAN İÇLİK ÜÇÜN:

1 ədəd yumurta

1 stəkan süd

1 stəkan un

1 paket qabartma tozu

1 ç.q. darçın

 

QIZARTMAQ ÜÇÜN:

100 qram yağ

 

SERVİS ÜÇÜN:

 

Hazırlanma mərhələsi

İçlik üçün əvvəlcə yumurta və südü dərin bir qabda mikser ilə qarışdırmaq lazımdır. Un, qabartma tozu, darçın da qatdıqdan sonra sulu xəmir alınır. Qabığı soyulan bananlar kiçik kublara bölünür. Nişasta düz boşqaba tökülür, qızartma prosesində içlik sulanmasın deyə bananlar əvvəlcə nişastaya bulaşdırılır. Yağ dərin tavaya tökülür, əridilir. İçliyə bulaşdırılan bananlar qaynar yağda qızılı rəng alınana qədər qızardılır. İlıqlaşması və yağını çəkməsi üçün kağız salfetin üzərinə yığılır. Çox gözlədilmədən servis etmək lazımdır. Servis edərkən üzərinə şəkər kirşanı əlavə olunur.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir