Əvvəlki kimi gözəl görünməyən qonaq otağınızı kiçik toxunuşlarla canlandıra bilərsiniz. Necə? Divarları dekor edərək. Beləliklə, “Evin işi” rubrikasında qonaq otağınızın divarlarını bəzəmək üçün maraqlı məsləhətləri təqdim edirik:
Tablolar asın
Köhnə, antik çərçivələrinizə ahəngdar şəkillər qoyaraq hamısını bir divarda istifadə edə bilərsiniz. Bu, diqqəti o divara yönəldəcək. Həm də olduqca sadə görünüş bəxş edəcək.
Rənglərlə canlandırın
Ağ, bej və açıq mavi kimi rəngli divarlarınız varsa, parlaq böyük bir rəsm asa bilərsiniz. Beləliklə divarınızdakı solğun görünüş rənglərlə canlandırılacaq.
Ən sevdiyiniz naxışı divara tətbiq edin
Qonaq otağınızın divarına qaranlıq etməyəcək, parlaq və bəyəndiyiniz naxışlı divar kağızı vura bilərsiniz. Ancaq bütün otağın divarlarını örtmək baha başa gələ bilər. Buna görə bir çox insanın istifadə etdiyi otağın yalnız bir divarını örtmək texnikasından istifadə edə bilərsiniz.
Güzgüdən istifadə edin
Divarlardan birinə asdığınız böyük və bəzəkli güzgü həm gözəl görünəcək, həm də otağı daha böyük göstərəcək.
Antik əşyalardan istifadə edin
Divarınızda hər hansı bir antik dükandan və ya sərgidən aldığınız antik kolleksiya parçalarını birləşdirə bilərsiniz. Ecazkar görünüş əldə edəcəksiniz.
Yaradıcılığınızdan istifadə edin
Məsələn, oturma otağınızda bir komin varsa, odunları onun yanına xüsusi formada qoya bilərsiniz. Belə olduğu halda odunların kominin yanında məcburən deyil, ona gözəl bir görünüş vermək üçün qoyulduğu anlaşılacaq.
Pərdələrdən istifadə edin
Naxışlardan yalnız divarınızda istifadə etmək lazım deyil. Sadə boyalı divarları olan qonaq otağınız üçün gözəl naxışlı, canlı rəngli pərdələrdən istifadə edə bilərsiniz.
Botanika effekti verin
Bağ görünüşünü və botanika mənzərələrini sevirsinizsə, belə rəsm əsərləri asaraq otağınıza müxtəlif bitkilər yerləşdirə bilərsiniz.
Kitabxana yerləşdirin
Kitablarla maraqlanırsınızsa, sizin üçün əla bir fikrimiz var. Divarınızda bir kitabxana qurun. Hətta bu kitabxananın ortasını boş qoyub televizor yerləşdirmək üçün istifadə edə bilərsiniz.