mal

Alınan malları hansı hallarda və neçə geri qaytara bilərsiniz?

Baxış sayı: 1. 121

Malların keyfiyyəti alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə, habelə istehsalçının və ya satıcının mal haqqında verdiyi məlumata uyğun gəlmirsə, onda həmin malda qüsur olduğunu və ya onun saxtalaşdırıldığını iddia etmək mümkündür

Hər birimiz istehlakçı olaraq ticarət obyektlərinin vitrinlərindən asılan “alınan mallar geri qaytarılmır” sözlərini müşahidə etmişik. Mövcud qanunvericiliyə tamamilə zidd olan bu cür yanaşma sayəsində “sahibkarlar” əslində istehlakçıların hüquqlarını pozur. Bu zaman satıcılarla aldığı malı geri qaytarmaq istəyən alıcılar arasında mübahisələr baş verir. İstehlakçıların hələ də öz hüquqlarını lazımi səviyyədə bilməməsindən ticarət obyektlərində belə hallarla tez-tez qarşılaşmaq olur. Bəs bizə satılan malların keyfiyyətindən razı qalmadıqda malları hansı hallarda geri qaytara bilərik? Qüsuru olan mal hansı hallarda, necə dəyişdirilir və ya geri qaytarılır?

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən hər bir mal normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin, sanitar-gigiyenik norma və qaydaların tələblərinə, eləcə də alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır. Əgər malların keyfiyyət xüsusiyyətləri və digər əlamətləri onun hazırlanmasında istinad olunan müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə, alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə, habelə istehsalçının və ya satıcının mal haqqında verdiyi məlumata uyğun gəlmirsə, onda həmin malda qüsur olduğunu və ya onun saxtalaşdırıldığını iddia etmək mümkündür.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 7-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları təsbit edilmişdir. Belə ki, zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

– qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi;

– satış qiymətini uyğun məbləğdə azaltmağı;

– malın qüsurlarının icraçının, satıcının, istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

– malın, həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

– müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Alınan mallar geri qaytarılmır” kimi lövhələr asan mağaza sahiblərinə XƏBƏRDARLIQ » Anews.az Azərbaycan xəbər portalı

Satıcı və ya istehsalçı öz növbəsində istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və yuxarıda göstərilən istehlakçının tələblərindən hər hansı birini yerinə yetirməyə borcludur.

İstehlakçının önəmli hüquqlarından biri də onun tələblərini ödəməyən malı lazımı keyfiyyətli mala dəyişdirmək hüququdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, lazımı keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa, və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.

Qüsuru olan malın dəyişdirilməsi ilə bağlı aşağıdakı məqamlara diqqət etmək vacibdir. İstehlakçının malın dəyişdirilməsi ilə bağlı tələbi ticarət obyektində lazımi keyfiyyətli, eyni modelli, markalı, tipli mal mövcuddursa, dərhal yerinə yetirilməlidir. İstehlakçının tələbi ilə həmin malın keyfiyyəti bütün xərclər sahibkar tərəfindən ödənilmək şərti ilə müayinədən keçirilməlidir. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak edə bilər. Bu halda həmin mal şikayət verilən andan etibarən 14 gün müddətində yoxlanılmalı və ya alıcı ilə razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır.

Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış malların dəyişdirilməsi ilə bağlı tələblər satıcı tərəfindən təmin edilməlidir.

Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəməməlidir. Həmçinin, qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli, markalı, tipli və s. mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri onun alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanmalıdır.

İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan etibarən iki ay müddətində ödənilməlidir. Eyni zamanda malların geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərər satıcı və ya istehsalçı tərəfindən tam həcmdə ödənilməlidir. İri qabaritli və ağır çəkili malların istehlakçıdan satıcıya və ya istehsalçıya qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının və ya istehsalçının hesabına həyata keçirilir.

İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyəti olmayan malın dəyişdirilməsi zamanı mal yalnız istifadə olunmadığı və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanıldığı halda dəyişdirilə bilər.

Alınan mallar geri qaytarılmır”? - İki sahil

Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli qərarı ilə ölkə ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməsi mümkün olmayan malların siyahısı təsdiq edilmişdir. Bu qərara qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, baxçayaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları geri qaytarılmır.

Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı və ya istehsalçı qarşısında digər tələblərin, yəni malın satış qiymətini uyğun məbləğdə azaltmağı, onun qüsurlarının icraçının, satıcının, istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli, markalı, tipli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Digər tərəfdən sahibkar tərəfindən malların geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərərin tam həcmdə ödənilməsi təmin edilməlidir.

Çox vaxt satıcılar malın keyfiyyətsiz olmağının məsuliyyətini alıcının üzərinə qoymaq istəyirlər, yəni malın çatışmazlığı alıcı tərəfindən düzgün istifadə olunmamasının və ya saxlanılmamasının nəticəsində əmələ gəldiyni bildirirlər. Bu ittihamların əsassızlığına əmin olduğunuz halda malı ekspertizadan keçirən müvafiq quruma verib rəy ala bilərsiniz. Mal keyfiyyətsiz hesab olunsa, bu sənəd əsasında asanlıqla pulunuzu geri ala bilərsiniz. Mübahisəli hallarda keyfiyyət ekspertizası alıcının yox, satıcının hesabına keçirilməlidir. Satıcı bundan imtina etdiyi halda məhkəməyə müraciət edə bilərsiniz.

İstehlakçı aldığı malda qüsur aşkarladıqda və ya göstərilən xidmət keyfiyyət tələblərinə cavab vermədikdə malı dəyişdirmək və ya geri qaytarmaq, xidmətdən imtina etmək, yenidən sifariş vermək, qiymətləri aşağı salmaq və başqa hüquqlarından istifadə edə bilər. Eyni zamanda malın (işin, xidmətin) keyfiyyətinə və təhlükəsizliyinə zəmanət vermək sahibkarın əsas vəzifələrindən biri olduğundan, ilk növbədə malın istehsalı və ya xidmətlərin göstərilməsi zamanı onların keyfiyyətini və təhlükəsizliyini təmin etməyə borcludur.

Qeyd olunan sahədə hüquqlarınızın pozulması ilə bağlı, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiz.

 

Hazırladı: Qara Allahmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir