Adil Qeybulla

Normal həyata qayıdış nə zaman olacaq? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 810

Yolxumanın qarşısını almağın yolları karantin davranışlarına nəzarət və sərt məhdudiyyətlərin tətbiq olunmasıdır. Ox yaydan çıxanda və buna nəzarət etmək mümkün olmadıqda, daha sərt tədbirlər görülə bilər. Bu sözləri  professor Adil Qeybulla deyir.

Professor bldirir ki, insanlar bu təhlükəli situasiyanın fərqində olmalıdır: “Çünki biz müharibə edən bir ölkəyik. Virusun ön cəbhəyə keçməsinin qarşısını hər vəhclə almalıyıq. Odur ki, karantin davranışlarına ciddi əməl olunmalıdır. Qapalı mühitlərdə, marketlərdə bərbad vəziyyət hökm sürür. İnsanlar təəssüflər olsun ki, karantin davranışlarını gözləmirlər. Bütün bunlar əlbəttə ki, yoluxmaya səbəb olur. Əslində, pandemiyanı uzadan bizim laqeyd davranışlarımız oldu. Necə oldu ki, Çində bunu lokallaşdıra bildilər, amma digər ölkələrdə mümkün olmadı. Deməli, karantin qaydalarının pozulması oldu ki, bu qədər uzandı. Sərt karantin tədbirləri görülməsə, yoluxma sayının artması davam edəcək. Bu artım tək Azərbaycanda deyil, düyada mövcudur”.

Tibbi ekspertin sözlərinə görə, virusun tsikli bir ilə yaxındır: “Bu da ilin sonuna – dekabrın sonlarına və ya yanvarın əvvələrinə təsadüf edir. Bəzi proqnozlara əsasən, bir ildən sonra tədricən normal həyata qayıtmaq mümkün olacaq. Lakin belə tezliklə normal həyata qayıdış real səslənmir”.

Həkim onu da qeyd edib ki, pandemiyanın əvvəlindən bu günə qədər yeni növ koronavirus pandemiyasının müalicə protokollarında bir neçə dəyişiklik nəzərə çarpır: “Müalicə protokollarında dəyişiklik ondan ibarətdir ki, hazırda heç bir antibiotik və antiviral dərmanlar COVID-19-da istifadə olunmur. İkincisi odur ki, ÜST preparatların içində “deksametozun”u hər hansı formada effektiv hesab edir. Amma bu, o demək deyil ki, insanlar heç bir həkim resepti olmadan bu dərmanı alıb qəbul edə bilərlər. Müalicə yalnız həkim nəzarətində təyin olunmalıdır.

Azərbaycan kimi ölkədə kütləvi immunitetin yaranmasından da danışmaq asan məsələ deyil. Çünki əhalinin sıxlığı fərqlidir. Abşeron yarımadasından danışmaq olar, lakin bunun üçün əhalinin 70 faizi xəstələnsin gərək ki, kütləvi immunitet yaransın. Yolxuma ilə bağlı statistika tam bəlli deyil və reallığı əks etdirmir. Çünki insanların çoxu evdə müalicə olur, xəstələndiyini bildirmir”. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir