Artıq 2020-ci il başa çatmaq üzrədir. Bəzən il ərzində pis vərdişlərimizin bizi ələ keçirməsinə icazə verərik. Elə isə yeni il pis vərdişlərdən xilas olmaq üçün əla fürsətdir. Hər şeyi sıfırlayıb yeni ildə yeni həyata başlamağa nə deyirsiz? “Gencaile.az” saytı 2021-ci ildə bu 6 vərdişlərinizdən xilas olmağa çağırır.
1) Neqativ düşüncələrinizi bir kənara qoyun
Özünüz haqda pis fikirləşməyin. Bəzi səhvlər etmiş ola bilərsiniz və hər vaxt istədiyiniz şəkildə görünməyə bilər və ya davranmaya bilərsiniz, ancaq kim olduğunuzla əlaqədar səhv fikirdə olmayın. Çox qabiliyyətli, gözəl bir insansınız. Zehininizi həqiqətən hədəflərinizlə məşğul edin. Özünüz haqda pis düşünmək sizi daha da özünüzə qarşı aqressivləşdirəcək.
2) Keçmişi keçmişdə saxlayın
Keçmiş dəyişdirə biləcəyimiz bir şey deyil və buna görə çox çabalamayın və geridə buraxın. Yaşadığınız şeylərdən dərs çıxarın. Keçmişi qazımaq işləri daha da pisləşdirəcək.
3) Başqalarını razı salmağa çalışmaqdan imtina edin
Bu dünyada məmnun etmək istəyəcəyiniz tək insan sizsiniz. Günün sonunda həqiqətən sahib olduğunuz tək şey özünüzsünüz. Başqalarıyla uyğunlaşmağa çalışmağa ehtiyac yoxdur. Özünüz olun. Əhvalınız pisdirsə, ətrafınızdakıları yaxşı hiss etdirmək üçün tər tökməyə ehtiyac yoxdur.
4) Sərhədlərinizi aşmağa məcbur deyilsiz
Əlaqələr qarışıq olur. İstədiyiniz bir şeyi etmək üçün özünüzü əldən salmağa ehtiyac yoxdur. Başqaları üçün tikilmiş bir evin içində əsla, həqiqətən xoşbəxt olmayacaqsınız. Sonunda o qutunun xaricinə çıxıb sizin üçün əhəmiyyətli olan bir şey üzərində çalışdığınızda həyatınızda gerçək bir dəyişiklik fərq edəcəksiniz.
5) Mükəmməl olmağa çalışmaqdan imtina edin
Bu planetdəki heç kim mükəmməl deyil. Hamımız öz halımızla bənzərsizik. Sizdəki əskikliyi başqası tamamlayar, başqasındakı əskikliyi də siz tamamlayarsınız.
6) Duyğularınızı gizlətməyin
Heç kim duyğularını gizlətməməlidir. İnsanıq və nəsə hiss etmək hamımızın haqqıdır. Duyğularınız sizi çıxılmaz vəziyyətə sala bilər. Bunu hiss edin, sonra bu hislərdən uzaqlaşın.