bosanma

Azərbaycanda boşanmalar niyə artır?

Baxış sayı: 705

Ailə quran gənclərin 40-50 faizinin münasibətlərində hələ sevgili və nişanlı olduqları dövrdən problemlər yaranır.

Problemlər bəzən o səviyyəyə çatır ki, gənclər sırf nişan qayıtmasın deyə ailə qururlar və bir müddət sonra bu ailə dağılır.

Bu fikirləri Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) ölkədə ailələrin vəziyyətinə dair açıqladığı statistikanı şərh edərkən psixoloq Zeynəb Eyyubova deyir.

DSK-nın məlumatına görə, 2020-ci ilin yanvar-may aylarında qeydiyyat şöbələri tərəfindən 15 min 334 nikaha daxil olma qeydə alınıb.

Bu dövrdə 5788 boşanma halı baş verib.

Əvvələr mütəxəssislər hesab edirdilər ki, boşanmalara səbəb əsasən sosial-iqtisadi problemlər, məişət qayğıları, xarakterlərin uyğun gəlməməsidir.

İndi bu sıraya pandemiya dövrü də daxil edilib.

zeyneb eyyubova

Psixoloq Zeynəb Eyyubova bildirir ki, son zamanlar ailələr düzgün meyarlar əsasında qurulmur.

Gənclər hələ sevgili və nişanlı olanda ciddi ixtilaflar yaşayırlar. Sonra da ailə qurmaq xatirinə evlənirlər ki, bu da qısa müddətdən sonra boşanmaya gətirib çıxarır.

Psixoloqun fikrincə, ayrılığa ikinci səbəb kişilərin qadınlarına sahib çıxa bilməməsidir:

“Söhbət xəyanətdən getmir. Xəyanət onsuz da hər zaman olub. Amma bu gün kişilərimizin əksəriyyəti ailələrilə bağlı öhdəlikləri yerinə yetirə bilmirlər.

Kənarda rahatlıq axtarır və bu rahatlığın adını sevgi, dostluq və s. qoyurlar.

Kənarda olan qadının…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir