valideyn

Valideynlərin hüquqları hansı hallarda məhdudlaşdırıla bilər?

Baxış sayı: 764

Ailə Məcəlləsinə əsasən məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən və ya onlardan birindən uşağın alınması barədə qətnamə qəbul edə bilər. Uşağın valideynlərlə və ya onlardan biri ilə qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir.

Valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Müvafiq icra hakimiyyəti orqanı valideynləri və ya onlardan birini bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər. Uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.

Valideynlik hüquqlarının məhdudlaşdırılması işinə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır. Bu zaman məhkəmə valideynlərdən və ya onlardan birindən aliment tutulması məsələsini də həll edir. Valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

valideyn

Valideynlik hüquqlarının məhdudlaşdırılmasının nəticələri

Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər. Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad edilmirlər. Valideynlik hüquqları məhdudlaşdırılan valideynin uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya yaşayış sahəsindən istifadə, valideyn və digər qohumlarla faktiki qohumluğa əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdirlər.

Hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilir.

valideyn

Valideynlik hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi

Məhkəmə valideynlik hüquqlarının məhdudlaşdırılmasına əsaslar aradan qalxdıqda, valideynlərin və ya onlardan birinin verdiyi iddia üzrə uşağın onlara qaytarılması və nəzərdə tutulmuş məhdudiyyətlərin ləğv olunması haqqında qətnamə qəbul edə bilər. Uşağın valideynə qaytarılması uşağın mənafeyi ilə ziddiyyət yaradarsa, məhkəmə iddianı rədd edə bilər.

valideyn

Valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılan valideynlərin uşaqlarla əlaqələri

Valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılan valideynin uşaqlarla əlaqə saxlamasına icazə verilir, bir şərtlə ki, bu əlaqə uşaqlara zərərli təsir göstərməsin. Valideynlərlə uşaqların əlaqəsinə müvafiq icra hakimiyyəti orqanının, uşaqların qəyyumunun (himayəçisinin), himayədar valideynlərin və ya uşaqlar yerləşdiyi müəssisənin rəhbərliyinin razılığı ilə icazə verilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir