anestezioloq-reanimatoloq sahin Memmedov

Həkimdən VACİB TÖVSİYƏ: Burun üçün spreylərdən az istifadə edin

Baxış sayı: 1. 049

Son günlər yağışlı hava ilə əlaqədar bir çox insana soyuq olub. Bu, “Common cold”, ya da viral rinofaringit adlanır. Lakin təlaşa ehtiyac yoxdur, karonavirus deyil.

Bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Həkim bildirib ki, bu xəstələrdə yüngül boğaz ağrısı, əzələ ağrıları və burun axması, ümumi halsızlıq şikayətləri olur: “COVID-19-dan fərqli olaraq temperatur olmur, ya 37.5-i keçmir və öskürək olsa da, çox yüngül olur. Müalicə üçün vitaminlər C, D, sink, selen tövsiyə olunur. Bal, limon, doşab, çoxlu kəklikotu çayı, zoğal, moruq mürəbbəsi də faydalıdır.

Burun axmasının qarşısını alan damarsıxıcı spreylərdən az istifadə edin. Çünki onların istifadəsi vaxtı burun seliyi həmin vaxt azalsa da, burun axma günlərinin sayı artacaq. Əvəzinə hipertonik-duzlu su damcılarından istifadə edə bilərsiniz”.

Qeyd edək ki, Rinit və faringitin birləşməsini təmsil edən kəskin rinofarengit soyuq və ya allergiyanın ilk xəbərçisidir. Bu vəziyyətdə, boğaz və burnun arxa divarının mukoza membranı iltihab olur, bu da adətən “burun içində” və “boğazda səbr” ağrı və narahatlığa səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir