hamile

Hamilələri virusdan qoruyacaq 10 məsləhət

Baxış sayı: 981

Hazırkı pandemiya dövründə hamilə qadınlar daha diqqətli olmalıdırlar. Buna səbəb payız aylarında immun sisteminin zəifləməsi nəticəsində tənəffüs yolları vasitəsi ilə bədənə çoxlu virusun daxil olmasıdır. Hamiləliyin ilk 3 ayında ana bətnindəki körpənin orqanları formalaşır. Buna görə də hamilə qadınlar buna diqqət yetirməlidirlər. Bu dövrdə anada başqa xəstəlik olarsa, bu virusa yoluxma riskini artırır. Bəs, hamiləlik dövründə virusa yoluxmamaq üçün hansı qaydalara əməl eməl etmək lazımdır?

Bu həssas dövrdə əməl olunması nəzərdə tutulan 10 qızıl qaydanı təqdim edirik:

Bunlar aşağıdakılardır:

 

1)Gündəlik bədən temperaturunu normada saxlamaq lazımdır

Gün ərzində həddən artıq tərləmək, ya da üşümək immun sistemini aşağı salır. Xüsusi ilə payız aylarında sintetik yox, daha çox pambıq materialdan hazırlanan geyimlərə üstünlük vermək lazımıdr.

 

2) İctimai yerlərdə çox qalmayın

İctimai yerlərdə olarkən mütləq koronavirusa qarşı tədbirlər görmək lazımdır. Buna görə də, maska taxmaq etmək və sosial məsafəyə diqqət etmək lazımdır.

 

3) Yuxusuz qalmayın

Bədəninizin güclü olmasını istəyirsinizsə, ən az 7-8 saat yatmalısınız. Lakin bəzən hamilə qadınlarda doğuma 3 ay qalmış uşağın inkişaf etməsi yuxuzusluğa səbəb ola bilər. Bu müddət ərzində istifadə etdiyiniz yataq dəstinin keyfiyyətinə də diqqət yetirin.

 

4) Qripə qarşı mütləq peyvənd etdirin

Hamiləlik dövründə mütləq şəkildə edilməsi vacib olan peyvəndlərdən biri də qrip peyvəndidir. Pandemiya dövründə bu peyvəndi elətdirmək xüsusi ilə vacibdir. Qripə qarşı peyvənd həm sizi, həm də doğulan körpənizi ilk 6 ay qripdən qoruyacaq.

 

5) Çoxlu bitki çayları için

Bitki çayı içmək həm sizin, həm də körpənizin sağlamlığı üçün çox vacibdir. Gündə iki fincandan artıq olmamaq şərti ilə zəncəfil, itburnu və kəklikotu çayları içməyiniz məsləhətdir. Zəncəfil çayı hamiləlik dövründə ürək bulanması və qaytarmanın qarşısını alır. Lakin gicitkən, moruq yarpağı kimi çay ziyandır. Onlar erkən doğuma gətirib çıxarır.

 

6)  İmmun sisteminizi gücləndirəcək vitaminlər qəbul edin

Bu həkim məsləhəti ilə olmalıdır. İçərisində D və C vitaminləri olan dərmanlar bədənə kifayət qədər güc verir.

 

7) Sağlam qidalara üstünlük verin

Güclü immun sistemi normal qidalanmaqdan asılıdır. Soda tərkibli qidalardan uzaq durun. Çəkinizn artmasın diqqət edin. Yeni və mövsümə uyğun tərəvəzlər yeyin, kalsiumla zəngin qidalardan daha çox istifadə edin. Ev şəraitində hazırlanan pendir, süd və qatıqdan daha çox istifadə edin. Şəkəri az olan qidalara üstünlük verin.

 

8) Hər gün 30 dəqiqə yürüyüşə çıxın

Hər gün bir qayda olaraq yürüyüşə çıxmaq tənəffüs prosesini normallaşdırır və ağciyərləri təmizləyir. Nəticədə xaricdən qəbul edilən infeksiyalara qarşı bədən güclü olur. Buna görə də gündəlik hərəkətdə olmaq lazımdır. Hər gün 30 dəqiqə yürüşə çıxmağa vərdiş etmək lazımdır. Bunu açıq və təmiz havada etsəz daha faydalı olar.

 

9) Qapalı və havasız məkanlarda çox qalmayın

Uzun müddət havasız və qapalı məkanlarda qalmayın. Çünki koronavirus qapalı məkanlarda  daha çox yayılır. Asqırıq və öskürükdən sonra virus hissəcikləri 3 saata qədər havada qala bilir. Böyük Britaniyalı alimlərin araşdırmalarına görə qapalı məkanlarda adambaşına hər kəs 10 litr hava udmalıdır. Bu virus dövründə daha da vacibdir. Buna görədə qapalı məkanlarda sadəcə 1- 2 saat qalmağınız məsləhətdir.

 

10) Bol miqdarda su qəbul edin

Bildiyiniz kimi koronavirus infeksiyası daha çox burun və boğaz yolu ilə daxil olur. Buna görə də yoluxma riski artır. Sadəcə payız aylarında deyil, ilin bütün mövsümlərində 2-3 litr su içməyi vərdiş halına gətirmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir