ders

Müəllim şagirdlə ünsiyyət zamanı hansı məsafədə olmalıdır?

Baxış sayı: 1. 134

İnsanlar tarix boyu bir birilə ünsiyyət etməyə ehtiyac duymuşlar. Hər nə qədər ki, son dövrlər insanlar virtual ünsiyyətə daha çox üstünlük verirlər, buna rəğmən ünsiyyət yenə də həyatımızın əsas tərkib hissəsidir. Gündəlik həyatımızın demək olar ki, hər mərhələsində – evdə, işdə, bazarda v.s digər yerlərdə ünsiyyətə ehtiyac duyuruq.

Ünsiyyət iki və daha artıq insan arasında baş verən qarşılıqlı münasibətdir demək olar. Ünsiyyət bir neçə növə ayrılır. Onlardan verbal və qeyri verbal ünsiyyəti qeyd etmək istəyirəm. Verbal ünsiyyət nitq vasitəsilə, qeyri-qerbal ünsiyyət isə emosiyalar vasitəsilə baş tutur.

Danışıqlarda ünsiyyətin təsirli və səmərəli olması üçün bir neçə əsas məqam diqqət yetirmək lazımdır. Bu zaman ünsiyyətiniz qarşılıqlı anlaşma şəkilində baş tutacaq və siz ünsiyyətdən gözlədiyiniz nəticəni əldə edə biləcəksiniz. Gəlin nəzər salaq:

ders

1) Göz kontaktı qurmaq.

Ünsiyyətdə göz kontaktı və ya göz təması qurmaq çox vacibdir. Bu, özünə əminliyin, qarşı tərəfə göstərdiyiniz hörmətin, qarşı tərəflə ünsiyyətə göstərdiyiniz diqqətin və eləcə də sözlərin yalan olmadığının göstəricisidir. Ünsiyyət zamanı gözləri yayındırmaq və tərəf müqabilinin gözünə baxmaqdan çəkinmək qorxu, təlaş, eləcə də məlumatların doğru olmadığına bir işarədir. Bu baxımdan ünsiyyət zamanı göz təması əsas qızıl qaydalardandır. Göz kontaktından çəkinmək qarşı tərəfdə əminsizlik yarada bilər və ünsiyyət gözlənilən faydanı verməz.

 

2)  Bədən dilindən istifadə etmək

Bədən dili dedikdə jestlər və mimikalar, hətta ünsiyyət zamanı səs tonu nəzərdə tutulur. Araşdırmalara görə qarşı tərəfə məlumatların effektiv ötürülməsi baxımından jestlər və mimikalar 55-60 %, səs tonu 30-35 %, sözlər isə 8-10 % əhəmiyyət daşıyır. Bu baxımından, məlumatların effektiv ötürülməsi baxımından və ünsiyyətin təsirli olması üçün bədən dilindən istifadə edin. Ünsiyyət zamanı bədən dilindən istifadə edilməməsi nəticəsində sözləriniz nə qədər əhəmiyyətli olsa belə fayda verməyəcək.

 

3)  Xoş ifadələrdən istifadə etmək

Aqressiya aqressiya gətirir. Eynilə də, ünsiyyət zamanı birinə xoş söz söyləsəniz qarşılığı da xoş söz olacaqdır. Bunu bir bumeranq kimi düşünün. Ona görə də təsirli bir ünsiyyət üçün xoş ifadələrdən istifadə etmək məsləhətdir. Unutmayın ki, xoş sözlər hamının xoşuna gəlir.

 

4) Yaxşı bir natiq kimi, yaxşı bir dinləyici də olmağı bacarmaq

Təsirli danışmaq qədər, dinləmək də önəmlidir. Bu baxımdan aktiv bir dinləyici olmaq, effektiv ünsiyyətin təməl prinsiplərindən biridir.

 

5) Empatiya qura bilmək

Empatiya özünü qarşıdakının yerinə qoyaraq onun düşüncə və davranışlarına şərik çıxmaqdır. Empatiya quraraq dediyin hər hansı bir sözün qarşı tərəfdə hansı hiss yarada biləcəyini öyrənə bilərsiniz və bununla da kəlimələr seçərkən daha diqqətli davranaraq ünsiyyətin uğurlu olmasına nail ola bilərsiniz.

Teacher helping boy (8-9) with work in classroom

Ünsiyyət mövzusuna toxunmuşkən ünsiyyətin səmərəli baş tutması üçün vacib məqamlardan biri olan ünsiyyət zamanı məsafə seçimi ilə bağlı Alları Piz tərəfindən müəyyənləşdirilmiş psixoloji məsafənin zonalarını nəzərinizə çatdırıram:

İntim zona ( 15 sm-dən 46 sm qədər) – xüsusi bufer zonasıdır. Bu zonaya ən yaxın emosional təmasda olan adamlar nüfuz edə bilər.

Şəxsi zona ( 46 sm-dən 1,2 m-ə qədər) – dostluq üçün optimal ünsiyyət sahəsidir. Bu sahədə dostların bir-birinə toxunması mümkündür.

Sosial ünsiyyət zonası (1,2 m-dən 3,6 m-ə qədər) – işgüzar ünsiyyət üçün səmərəli sahədir.

Kütləvi zona (3,6 sm-dən daha çox) – ictimai yerlərdə bir-birini tanımayan insanlar arasında ünsiyyət üçün səmərəli sahədir.

 

 Müəllif: Nüsrət XƏLİLOV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir