qics

İmmun sistemini darmadağın edən QİÇS – Həkim DANIŞIR

Baxış sayı: 749

Hər il dekabr ayının 1-də bütün dünyada oldugu kimi Azərbaycanda da “Ümumdünya QİÇS- lə Mübarizə Günü” ( World AİDS DAY) qeyd olunur.

Viruslar hər zaman insan həyatına mənfi təsir edir. Bəzi viruslar isə həyatı yaşanılmaz hala gətirə bilir. Bunlardan biri də immun çatışmazlığı virusudur.

 

Bəs nədir İİV virusu?

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Könül Cəfərova bildirir ki, İİV-insanın immun çarışmazlıgı virusudur: “İİV-insanı müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir edir. Hazırda bütün bəşəriyyəti narahat eden problemlərdən biri də İİV-dir. İİV-infeksiyası uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. İİV epidemiyasını pandemiya adlandıranlar da var. Ona görə pandemiya adlandırılır ki, infeksiya bütün Yer kürəsinə yayılıb”.

Həkim bildirib ki, hazırda dünyada və ölkəmizdə tibb elminin qarşısında “sakit ölümün” müalicə yolları sual kimi durur. İİV infeksiyasına yoluxma durmadan artır: “İlk növbədə xəstəliyə tutulanların şəxsiyyəti, nə ilə məşğul olduqları öyrənilir. Bu xəstəliyə daha çox narkomanlar, alkoqoliklər, qeyri-normal əxlaqsız həyat tərzi yaşayan qadınlar və kişilər tutulurlar. Bəzən isə xəstəliyə günahsız insanlar özləri bilmədən, diqqətsizlik nəticəsində yoluxurlar. Virus daşıyıcıları ilə yaxından təmasda olmaq, onun əşyalarından istifadə etmək, xəstə donorların qanından istifadə etmək, stomatoloq, kosmetoloq və ginekoloqların xəstələr haqqında məlumatsızlıqları üzündən (virus yükünü tutmuş alətlərin istifadəsi zamanı yoluxma) baş verir.

İİV XX əsrdə tapılan, buna baxmayaraq, bütün dünyada geniş yayılan ən qlobal probləmlərdən sayılan bir patologiyadır. İİV-in infeksion xəstəliyi insan orqanizminin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, bütün onkoloji xəstəliklərin inkişafına və. s. bu kimi agır hallara gətirib çıxarır, bütün bunlar da ölümlə nəticələnir. Xəstəliyə yoluxanlarda istilik 39-40 dərəcəyə qalxır, üşütmə, əzələ agrıları, öyümə, nəbzin itməsi, kəskin baş agrıları müşahidə olunur. Törədicisi bir neçə növ virusdur. Viruslar yüksək mutasiyalılıgı ( çoxalması) ilə fərqlənir. Daxili orqanlarda heç bir patologiya nəzərə çarpmır. Bütün xəstəliklərdə əlamətlər, simptomlar, sindromlar olur, ancaq QİÇS-də heç biri olmur. Orqanizimdə çox sakit öz inkişaf dövrünü keçirir və qısa zamanda ölümlə nəticələnir”.

Virusa müxtəlif yollarla yoluxmağın mümkün olduğunu deyən həkim bildirib ki, İİV-ə yoluxmuş şəxs qorunmamış cinsi əlaqə zamanı yoluxdura bilər: “Yoluxmuş qanın köçürülməsi, dezinfeksiya edilməmiş tibb və məişət alətlərinin təkrar istifadəsilə virus digər insanlara da ötürülə bilər. Hamilə anadan uşağa və ana südüylə qidalanma zamanı virus yeni dogulmuş uşağa da ötürülə bilər. Orqan və toxuma köçürülməsi də virusu ötürə bilər”.

 

İİV – hansı yolla ötürülmür?

Həkim bildirir ki, öskürmək və asqırmaqla, əl verib görüşmək, qucaqlaşmaqla virus keçmir:”Qida və su, həşərat sancması virusu ötürmür”.

Həkim QİÇS-in tam müalicə olunmadığını da vurğulayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir