Beynin normal fəaliyyəti üçün yuxu önəmli rola malik amillərdən biridir. Yuxu rejimi 6 saatdan az davam edən insanlar doyunca yata bilmədikləri üçün şikayətcil olurlar və həyatlarından məmnun qalmırlar. Yetkin insanlarda yuxunun müddəti 7-8 saat olmalıdır. Yuxu-ayıq qalma dövründə sirkat ritmi var ki, bu 24 saatlıq ritm qaraciyər, endokrin sistemi, digər fizilioji davranış aktivləşdirir və nizamlayır. Yuxu üçün yaranan ehtiyac tədricən axşam saat 11:00-da güclənir, səhər saat 04:00-da isə öz pik nöqtəsinə çatır. Axşam saatlarında yanan parlaq işıq sirkat ritminin pozulmasına səbəb ola bilər. Yuxu müəyyən tsikllardan ibarətdir və onların da hər biri 4 mərhələyə bölünür. Birinci mərhələdə beyin yuxu ilə oyanıqlıq arasında olur. Yuxu dərinləşərək tədricən ikinci mərhələyə keçir. Bu mərhələdə elektro ensefaloqrafik dalğalar sürətlənir. Bu mərhələdə tənəffüs və ürək vurğuları seyrəkləşir, bədən temperaturu bir qədər aşağı düşür. Üçüncü mərhələdə isə, artıq seyrək dalğalar görünür və yuxu dərinləşməyə başlayır. Yuxunun dördüncü mərhələsində bu dalğalar seyrəkləşir amplitudalar sabitləşir, əzələlərin fəallığı bir qədər enir. Bu zaman mühitdən gələn qıcıqların qəbul edilməməsi, tənəffüsün dərin ritmik və seyrək olması yuxunun dərinliyini sübut edir. Gecə yuxu zamanı ürək vurğularınına aritmik olması, qan təzyiqinin artması,tənəffüsün səthiləşərək sürətlənməsi, bədən əzələlərinin tamamilə tonusdan düşməsi müşahidə olunur.
Fərziyə olunur ki, yuxu-istirahət orqanizmin öz gücünü bərpa etməsi üçün vacib amildir. Lakin, hamıya məlumdur ki, normalda insan üçün yuxunun müddəti 7-8 saatdır. Lakin elə insanlar da var ki, 3-4 saat yuxu ilə kifayətlənə bilirlər. Belə ki, nəticə olaraq yatmağın müddəti deyil, yuxudan sonra insanın özünü fiziki və psixi cəhətdən necə hiss etməsi daha əhəmiyyətlidir. Yuxusuzluq ən çox yayılan pozuntudur. Bu zaman həyat səviyyəsi pisləşə bilər. Yuxusuzluqdan əhvalın korlanması baş verə bilər. Qadınlar yuxusuzuluqdan daha çox şikayətlənirlər. Yuxusuzluğun meyarları: yuxu vaxtının azalması, yuxya getməkdə çətinliklər, yuxunun keyfiyyətinin aşağı olması, tez-tez oyanmalar, istirahət hissinin olmamamsı, iş qabiliyyətinin pisləşməsi, yorğunluq, diqqətin əzifləməsi, yaddaşın korlanması, əhvalın aşağı düşməsidir. Yuxunun pozulması emosional, depressiya, mania, həyacan, düzgün olmayan vərdişlər, məsələn, əvvəl fiziki iş, ağır yeməklər, digər səbəblər baş verə bilər. Yuxu pozuntusunun 3 forması var; erkən yuxusuzluq- şəxs yata bilmir, orta yuxusuzluq- şərti yuxulama olur, gecikmiş yuxusuzluq pozuntusunda isə- erkən oyanmalar olur.
Yuxu pozuntusunu bərpa etmək üçün: gündüz saatlarında fiziki yükü artırmaq, axşamla isə azalatmaq lazımdır, yuxu və oyanma vaxtlarını rejimə salmaq, rahat yatmaq üçün səs-küyü aradan qaldırmaq, isti-soyuq və işıq problemlərin tənzimləmək lazımdır. Yatmazdan öncə çay, kofe içməmək, qidalanmamaq lazımdır.
Ruhiyyə Rüstəmova
Mayomed klinikasının əməkdaşı, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri