fotoqraf

“Küçə fotoqrafiyası” ilə maraqlanan şəxslər üçün tövsiyələr

Baxış sayı: 915

Fotoqrafiya çox dərin mövzudur. Sizə onun bir istiqamətindən, yəni küçə fotoqrafiyası haqqında danışacayıq. Bildiyimiz kimi, fotoqrafiya “love story”lərlə yekunlaşacaq qədər bəsit bir sənət deyil. Bir çox insanın düşündüyü kimi “bir düymə vurmaqla” bitmir iş. Bu sahənin əsas mahiyyəti o düyməni zamanında vurmaqdır. Hər adam o anı tuta bilmədiyi üçün, sənətinin peşəkarı olan fotoqraflar azlıq təşkil edir.

“Anın tutulması” ən çox küçə fotoqrafiyasında lazım olur. Fotoqrafın çəkmək istədiyi kadr 1 saniyə ərzində dəyişə bilir. Küçə fotoqrafiyasının maraqlı məqamları çoxdur, burada şəkil elə çəkilir ki, insanlar bundan xəbərsiz olur və təbii kadr alınır.

Küçə fotoqrafiyasına marağı olan insanlara bir neçə məsləhətimiz də var.

İstədiyiniz anı tutmaq üçün hər zaman diqqətli olmalısınız.

Fotoaparatı çantada deyil, əlinizdə və ya boynunuzda danışmağınız məsləhətdir. Bu da maraqlı kadr gördüyünüz zaman vaxt itirməməyiniz üçündür.

Vaxt itikisi olmaması üçün obyektivin qapağından istifadə etməyin. Bu da kadr qaçırmağınıza mane ola bilər.

Sadə insanlardan fərqlənməyəcək tərzdə geyinməniz şərtdir. Əks halda küçədə insanların diqqətini cəlb edəcəksiniz, bu zaman onlar sizin obyektivə tuş gəlməmək üçün kənar gəzəcəklər. Təbii ki, şəkillərini də çəkə bilməyəcəksiniz.

Digər bir məsələ, kiçik ölçülü fotoaparatlardan istifadə etməyiniz məsləhət görülür. Bu da diqqəti özünə çəkməmək üçündür. Həm də kiçik fotoaparatlar foksu daha sürətli tuta bilir.

Kim deyir ki, ağ-qara şəkillər hər zaman “cool”dur? Şəkilləri çəkdikdən sonra onlara effekt versəniz diqqət edin. Ağ-qara effekt hər zaman ideal seçim deyil. Bəzən gözəl görünən rəngarəngliyi, şəklin əsas kadrını gizlədir.

Xüsusilə küçə fotoqraflarının diqqət etməli olduğu bir məqam insanların narazılığıdır. Əslində, qanunvericiliyə görə ictimai yerlərdə, açıq məkanlarda şəkil çəkmək qanunidir. Ancaq, şəkil çəkdiyiniz zaman qarşınızdakı şəxs bunu hiss edib etiraz edirsə, ya məsələni sakit şəkildə izah edin, ya da şəkli silin. Onsuz da, silinən faylları qaytarmaq mümkün olur 🙂

Şəkil çəkərkən arxa plana da nəzər yetirin.

Kadrı düzgün tərəfdən tutmağa çalışın ki, şəklə baxan şəxs fotoda əsas mövzunu rahatlıqla başa düşə bilsin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir