Yəqin ki, özünüzdən soruşmusunuz, xüsusən hamam otağının təmizlənməsi niyə bu qədər çətindir? Hamam tez və asanlıqla çirklənə bilər, çünki hər gün istifadə edirik. Araşdırmalara görə bakteriyaların ən çox yayıldığı yer isti və nəmli bir mühit olduğu üçün hamamdır. Buranı təmizləməyiniz sizə çətin və uzun prosses kimi görünə bilər.
“Gencaile.az” saytı xarici KİV-ə istinadən hamam otağını 15 dəqiqəyə təmizləyə biləcəyiniz üsulları təqdim edir. Diqqətli olun. Bu fəndlər işinizə çox yarayacaq.
Duş başlığı
Duş başlığını təmizləmək üçün sizə lazım olan yalnız sirkədir. Xoşbəxtlikdən hər evdə var. Bu üsul duşdakı kirdən qurtulmanıza kömək edəcək. Sirkəni kilidlənə bilən plastik torbaya doldurun və duşun başını həmin torbaya yerləşdirərək rezinlə bağlayın. Bir saat saxlayın. Torbanı götürdükdən sonra 1-2 dəqiqə gözləyin və sonra silin.
Su ləkələrini təmizləmək üçün limondan istifadə edin
Bir limonun yarısını kəsin. Hər iki parçanı ləkəli yerlərə sürtün. Xüsusilə xrom səthlər üçün yaxşıdır. Bu işdə duzdan da istifadə edə bilərsiniz.
Güzgülər
Güzgününüzü təmizləmək üçün sprey almağı unutmusunuzsa, narahat olmayın. Soda güzgülərinizi təmizləmək üçün yaxşı bir üsuldur. 3 kisə çayı dəmləyin və içinə soda qatın. Daha sonra sprey şüşəsinə tökün. Yaxşı püskürtdükdən sonra güzgüləri qəzetlə silin.
Tualetin ətrafı
Bu üsul əlcək geyməyinizi tələb edəcək. Qurutma kağızı götürün və tualetin ətrafındakı hissənin ləkələrini yox olana qədər sürtün. Bir süngər də istifadə edə bilərsiniz.
Tualetin içi
Bu üsul üçün ehtiyacınız olan bir “Cocacola” dır. Onu tualetə tökün və 40-50 dəqiqə saxlayın. Bu əməliyyatdan sonra fırça ilə sürtün və yuyun. Fərqini görəcəksiniz.