suse

Plastikin zərərli olduğunu anladıq, bəs şüşə?

Baxış sayı: 648

Brtitaniya alimləri ekologiyaya zərər verən tullantıları araşdırıb. Onların araşdırmasına görə, təbiət üçün ən ziyanlısı plastik yox, şüşə butulkalardır. Belə ki, şüşə qablaşdırma plastikdən 95% daha çox qlobal istiləşməyə səbəb olur. Onların istehsalı üçün daha çox resurs və enerji sərf olunur, şüşənin hazırlanması prosesində isə xeyli dəm qazı ayrılır.

Təbiətə mənfi təsiri baxımından ikinci yerdə eyni səbəblərə görə təkrar emal edilmiş şüşə butulkalar gəlir. Plastik qablaşdırma isə reytinqdə üçüncü pillədədir. Temperaturun aşağı olması səbəbindən daha az enerji sərf edir, lakin şüşə və alüminiumdan fərqli olaraq plastikin təkrar emalı daha mürəkkəbdir.

Ekoloq Vaqif Əliyev bildirir ki, şüşə tullantılar təbiətdə ən gec yoxa çıxan, parçalanan məhsuldur. Belə ki, bu tullantılar təbiətdə 4000 ilə ancaq yox ola bilərlər. Bu səbəbdən təbiəti, ətraf mühiti qorumaq üçün şüşə tullantıların yenidən emal edilməsi məsələsinə baxılmalıdır.

“Şüşə silisium, soda külü, əhəng və digər elementlərdən hazırlanır. Bu maddələrin arasında ən önəmlisi silisiumdur. Parçalanmış şüşə maddələr istehsal prosesində digər maddələrlə bilrikdə yüksək istilikdə əridilərək geri qazanıla bilər. Yəni, nə qədər çox şüşə tullantı əlavə edilsə, sərf edilən istilik o qədər az olacaq. Çünki şüşə maddələr təkrar istejsal zamanı daha az istilikdə əriyə bilir. Araşdırmalara görə, tullantı şüşələrin istifadəsi zamanı 25 faiz istiliyə qənaət edilmiş olur” – deyə ekoloq bildirib.

Mütəxəssisin fikrincə, şüşə istehsalı zamanı yüksək istiliyin tələb olunmasl təbii qaynaqların azalmasına gətirib çıxara bilər. Bununla yanaşı, istehsal zamanı ətraf mühit və sağlamlıq üçün zərərli maddələr havaya atılır.

“Şüşənin təkrar istehsalı zamanı 3 amilə diqqət yetirilir. Şüşənin rəngi, çeşidi və tullantı şüşənin tərkibində olan digər maddələrin miqdarı önəmli hesab edilir” – deyə o bildirib.

Qeyd edək ki, şüşə tullantılar yanmır, torpağa qarışıb yoxa çıxmır. Və belə olan halda ətraf mühit üçün şüşə tullantılar daha təhükəli hesab edilir.

Həkim-terapevt Xatirə Əhmədovanın sözlərinə görə, şüşə qablar sağlamlıq üçün təhlükəli deyil. Çünki istər su, istərsə də qida məhsulları ilə şüşə reaksiyaya girə bilmir: “Amma məsələn şüşə butulkada su içirsinizsə, onun qapağını tez-tez açıb bağlamayın. Qapaqdan suya müxtəlif maddələr keçə bilər. Eyni zamanda qapaqlarda göbələk yarana və bu suya keçə bilər. Buna görə də əgər şüşə butulkalardan daimi olaraq istifadə edirsinizsə, çalışınn plastik qapaqlardan istifadə edin. Şüşə butılkaların alüminium qapaqları zəhərlənməyə belə səbəb ola bilər. Bu zaman qusma, nəfəs çatışmazlığı, dəri səpkiləri və s. müşahidə edilə bilər”.

 

İradə Cəlilova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir