test

Beyninizin harası daha yaxşı işləyir? – TEST

Baxış sayı: 1. 172

Türkiyənin nevrologiya üzrə tanınmış mütəxəssislərindən olan doktor Mehmet Yavuz insan beyninin yarımkürələrinin funksional həyatla əlaqəsini tədqiq edib. Onun fikrincə, sağ və sol beyin yarımkürələrindən hansına daha çox güc düşməsi həmin insanın qabiliyyətinin, işinin, hətta zəkasının fərqli olmasına səbəb olur.

Sağ və sol yarımkürələrin fərqli funksiyalara malik olduğunu deyən doktor Mehmet Yavuz beyninin sağ yarımkürəsi güclü olan insanlarda məlumatı forma və xəyal gücü ilə işləmə xüsusiyyətinin olduğunu qeyd edib. Yaradıcı zəka üçün sağ beyinə ehtiyac olduğunu ifadə edən Doktor Yavuz, mühəndislik, memarlıq, yazıçılıq, musiqiçilik kimi sənətlərə sahib olan insanların sağ beynin xüsusiyyətlərinin daha güclü olduğunu vurğulayıb.

 

Yaradıcı zəka üçün sağ beyin!

Beyin ümumilikdə bütöv olsa da sağ və sol hissələrin fərqli üstünlükləri var. Doktor Mehmet Yavuz: “Sol beynin, sağ beyindən daha vacib vəzifələri yerinə yetirdiyini deyə bilərik. Sol beyin daha güclüdür. Danışıq mərkəzi və hiss etmə mərkəzi soldadır. Ancaq sağ beyin də mühəndislik qabiliyyətlərini ön plana çıxarır. Sağ beyin əsasən ölçü və həcm dəyərləndirmələrində ön plana çıxır, məlumatı şəkil və xəyal gücü ilə işlətməkdə sağ beyin əsas vəzifəni öz üstünə götürür. Yəni yaradıcı zəka üçün sağ beyinə ehtiyac var. Memar və mühəndislik işləri üçün sağ beyinə çox ehtiyac var. Bunun qarşılığında, hesablama işləri üçün də sol beyinə ehtiyac olur. Məşhur memar və mühəndislərin sağ beyin hissəsinin daha çox inkişaf etmiş olduğunu deyə bilərik. Eyni ilə musiqi ilə işləyən, musiqi bəstələyən, ya da musiqi alətində ifa etməyi bacaran insanlarda sağ beyin daha yaxşı inkişaf edib. Şair və rəssamlarda da sağ beynin vəzifələri üstünlük dərəcəsindədir”.

 

Lider insanlar beynini tam istifadə edir

Beyinin hər iki yarımkürəsini bir-birinə bağlayan “Korpus Kallosum”un sinir liflərinin əmələ gətirdiyi körpüvari bir bağ olduğunu dilə gətirən Doktor Yavuz deyib: “Bu sinir telləri vasitəsi ilə hər iki yarımkürə bir-biri ilə əlaqə içindədir və daim məlumat ötürücülüyü ölür. “Korpus Kallosum” nə qədər yaxşı inkişaf etmiş olarsa, insanın tam olaraq beyin qabiliyyətlərini göstərməsi və beynin imkanlarından tam olaraq istifadə edilməsi o qədər yaxşılaşar. “Korpus Kallosum” yaxşı inkişaf etməyibsə, o zaman sağ və sol beyindən hansı daha güclüdürsə, onun xüsusiyyətləri ön plana çıxır və həyat belə davam edir. Cəmiyyətdə lider insanların, beyinini qlobal olaraq istifadə etməyi bacaran insanlar olduğunu deyə bilərik. Bu insanlarda “Korpus Kallosum” yaxşı inkişaf edib”.

 

Sağ və ya sol əldən istifadə etmək sənət seçiminə təsir edir

“Beyin və vücud əlaqələri yanaşı gedir” deyən Doktor Yavuz tədqiqatının nəticələri barədə fikirləri davam etdirir: “Beyin korteksindən hərəkətlərimizlə əlaqəli motor liflər boyun nahiyəsində çarpazlaşdığı üçün sağ beyin vücudun sol tərəfini , sol beyin isə vücudun sağ tərəfini idarə edir. Bu səbəblə beynin sağ tərəfindəki damarlar tıxananda sol tərəf iflic olur, yaxud əksinə. Bu səbəbdən də gündəlik həyatında sol əlini istifadə edən və solaxay olanların sağ beyinləri daha güclü formadadır. Əgər insan sağ əlini istifadə edirsə, onda da sol tərəf daha güclüdür. Solaxaylarda sağ yarımkürə daha güclü olduğundan, bu insanlarda memarlıq qabiliyyəti və musiqiçilik qabiliyyəti yaxşı inkişaf edir. Bizim qənaətimizə görə, bu nəticə çıxır ki, solaxay olan bir uşağın memarlığa, ya da incəsənətə istiqamətləndirilməsi lazımdır. Bu uşağın fənn və ya danışma qabiliyyəti lazım olan vəkillik və ya da ticarətçi kimi bir sənətlə işləməsi səhv ola bilər. Çünki sol tərəf natiqlik qabiliyyətində rol oynayır. Qısası, solaxay olanlardan yaxşı vəkil, ya da ticarətçi olmaya bilər. Əgər solaxay bir insan hüquq ixtisasını seçibsə, bu insan vəkilliyi deyil, yaradıcı mühakimə qabiliyyətini idarə edən sağ tərəf səbəbi ilə hakimliyi seçməlidir. Bu sahədə sağ əlini istifadə edən vəkilliyi, sol əlini istifadə edənlərin isə hakimliyi seçmələrini deyə bilərik”.

 

Özünüzü sınayın…

Sağ əlini istifadə edən insanlarda sol beyin xüsusiyyətlərinin, sol əlini istifadə edənlərdə isə sağ beyin xüsusiyyətlərinin daha güclü olduğunu deyən Yavuz, insanlarda hansı beynin daha aydınlaşdırıcı olduğunu göstərən testlər olduğunu deyir və hər kəsin istifadə edə biləcəyi, asan bir test məsəli verir:

 

1) Məktəbdə ikən hansı dərsləri daha çox sevərdiniz?

  1. a) Dil, rəsm, sosial və b.
  2. b) Dəqiq elmləri.

 

2) Hansı idman növü ilə məşğul olmağı xoşlayarsınız?

  1. a) Təkbaşına edilən idmanı.
  2. b) Qrup idmanlarını.

 

3) Gördüyünüz yuxuları nə qədər tez-tez xatırlayırsınız?

  1. a) Çox vaxt xatırlayıram.
  2. b) Arabir xatırlayıram.

 

4) Əllərinizi və mimikalarınızı danışarkən nə dərəcədə istifadə edirsiniz?

  1. a) Çox istifadə edirəm.
  2. b) Çox az istifadə edirəm.

 

5) İki əlinizin barmaqlarını bir-birinə keçirdib bağlayın. Hansı barmağınızın baş barmağı üstdə qalır?

  1. a) sağ
  2. b) sol

 

6) İndiki anda saatın neçə olduğunu təxmin edin, indi saata baxın, yanılma payınız nəqədərdir?

  1. a) On dəqiqədən çox
  2. b) On dəqiqədən az

 

7) Aşağıdakılardan hansını daha tez xatırlayarsınız?

  1. a) İnsanların üzlərini
  2. b) İnsanların adlarını

8) İki gözünüzü açıq tutub, əlinizdəki qələmi, bir pəncərə kənarı və ya qapı kənarı ilə eyni xətdə tutun. İlk əvvəl sol gözünüzü, sonra sağ gözünüzü bağlayın. Hansı gözünüzü bağlayanda qələm daha az oynayır?

  1. a) Sağ gözümü bağlayanda
  2. b) Sol gözümü bağlayanda

 

NƏTİCƏ

“A” ların sayı çoxdursa, SAĞ beyniniz daha yaxşı inkişaf edib.

Mən SAĞ beyinli biriyəm, çünki:

Xəyal edirəm, sənəti sevirəm, sənətlə bağlı qabiliyyətlərim ilə təəccübləndirirəm.

Hiss edirəm, yaxşı şer və roman yaza bilirəm.

Qoxu və dad kimi duyğularım inkişaf etmişdir.

Təxminlərimi istifadə edirəm və hisslərim qüvvətlidir.

Təzə şeylər kəşf edirəm.

Subyektivəm.

Bir tam olaraq görürəm.

Duyğularım ilə hərəkət edirəm…

 

“B” lərin sayı çoxdursa, SOL beyininiz daha yaxşı inkişaf edib.

Mən sol beyinli biriyəm, çünki:

Məntiq istifadə edirəm

Sinifləndirməyə və təsnifə önəm verirəm

Analitik düşünməyə çalışıram

Riyazi misallardan sıxılmaram

Dili yaxşı istifadə edərəm və yola gətirmə qabiliyyətim yaxşıdır

Tam deyil, yarısını görürəm

Sistemli və intizamlı çalışıram

Obyektiv davranıram…

 

Türkiyə mətbuatından çevirdi: Səbinə Əvəzqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir