aile

Valideynə allergiya, “Zoluşka sindromu” və sevgi zavodu

Baxış sayı: 848

Psixoloqlar iddia edirlər ki, insanlar ailə qurarkən özlərindən asılı olmayaraq valideynlərinə bənzəyən həyat yoldaşı seçirlər. Lakin acı həqiqət bundadır ki, bu seçimi valideynləri nümunəvi olmayan fərdlər əyata keçirirlər. İnanılmazdır, lakin bu həqiqətdir ki, qəddar, ailəsini atmış, alkoqol və ya narkotik asılılığı olan valideynlər övladlarını bənzərliyi olan həyat yoldaşı seçməyə “məcbur” edirlər. İlk baxışdan belə seçimdə heç bir məntiq yoxdur, lakin hamısını edən əlahəzrət Şüuraltıdır. Belə seçim edən insanlar uşaqlıqda yaşadıqları yaraları sağaltmaq və bağışlamaq , bu yükdən azad olmaq istəyirlər.

Sorğuya əsasən gənc evlilər tənha insanlardan daha xoşbəxt olurlar. Lakin təəssüf ki bal ayı effekti uzun sürmür. İnsanlar tanış olduqları ilk 1-3 il ərzində xoşbəxlikdən qanad açırlar. Lakin sonra xoşbəxtlik tədricən yerini monotonluq duyğularına buraxır. Optimistlər nikahda və subaykən özlərini yaxşı hiss edirlər. Depressiyaya meyilli şəxsləri isə nikah problemlərdən uzaqlaşdırmır, əksinə onlar hər xırda şeyi özlərinə dərd etməyi bacarırlar. Araşdırmalar göstərib ki, geniş qohumluq əlaqələri və çoxlu dostları olan subaylar evlilərdən daha xoşbəxtdirlər.

 

Qadın dostluğu hormonların səbəb verdiyi bir işdir

İstənilən həyəcanverici və ya qaranlıq hadisədə kişilərin beyni “vur və qaç” əmri verir. Bu adrenalinin yaratdığı effektdir. Qadınlarda isə belə hallarda oksitotsin işə düşür və bu hormon onlara özünü qoruma, nəsil artırma, qrup halında toplaşma əmri verir.

Buna görə qadınlar özlərini pis hiss edəndə ya analarına, ya da rəfiqələrinə zəng edir, saatlartla danışıb, rahatlayırlar. Kişilər isə əksinə uzaq dayanıb, zamanı uzatmağa önəm verirlər.

Müəyyən yaşlarda övladların bir çoxu valideynlərinə nifrət edir, onların hərəkətlərindən utanırlar. Psixoloqlar bunu valideynə olan allergiya adlandırırlar.

Bir tərəfdən uşaq özünü böyük və sərbəst, digər tərəfdən də valideynə bağlı hiss edir. Buna görə daxili münaqişə özünü valideynə nifrət duyğusu kimi biruzə verir. Oğlanlar analarının onları öpməsini istəmir, qızlar acıdillilik edib doğmalarını yaralayırlar. Lakin valideyn allergiyası sindromu yetkinlik yaşda da özünü göstərirsə bu artıq problemdir. Bu artıq fərdin özünün qazanmış olduğu xarakter qüsurudur.

Ömrü boyu ağ atlı şahzadə gözləyən insanların qorxulu və gizli psixi sindromları var.

Zoluşka sindromu- əksərən qadınlarda olsa da kişilərdə də rast gəlinir. Bu sindroma yaxalanan insanlara elə gəlir ki, onların ömrü zülümlə , əzab əziyyətlə doludur. Lakin bütün bu məşəqqətlərin çox gözəl bir sonluqla bitməli olduğuna inanırlar. Mükafatını alacaqlarını gözləyirlər.

Bu sindromun klassik məznərəsi belədir. İnsan ömrü boyu gözləyir, dünyanın harasındasa onun taleyinə yazılmış və bütün problemlərini bir anda həll edəcək bir milyoner yaşayır. Başqa varianbtlar ona gülünc görünür. Bəzi mütəxəssislərin fikrinə görə, Zoluşka sindromu uğurdan qorxan və ətrafdakıların bəyənilərinə ehtiyac duyan insanlarda daha çox görünür.

Neyrobioloqların fikrinə görə məhəbbəti hormonların qarışığından ibarət kokteyl adlandırmaq olar. Estrogen, testosteron, domafin, adrenalin və oksitosinin yaratdığı güclü qarışım aşiq olan insana narkotik kimi təsir edir. Lakin bu “kimya zavodu” uzun müddət işləmir. Bir müddət sonra hormonların konsentrasiyası aşağı düşür və cütlüklər hisslərin küləklə sovrulduğunu görürlər. Hisslərin ölməməsi üçün hətta 15 il bir yerdə yaşamış olsanız belə, ara-sıra görüşlərə gedib bir-birinizi tez -tez qucaqlayın. Duyğularınızı təzələmək üçün addımlar atın.

Bu sirr deyil ki, indiki gənclik ana -atalarına nisbətən daha gec ailə qurmağa üstünlük verir. İnsanlar şəxsi azadlıq məkanının vacib olduğunu, 25 yaşlı qızın daha qarımış qız sayılmadığını dərk etməyə başlayıblar. İnsanlar öz “yarılarını” tapanda bütün günü onunla keçirmək istəyi ilə çox böyük səhvə yol vermiş olurlar.

Adətən partnyor onun üçün verilmiş qurbanları nəzərə almr, əksinə bəzən bu tərəflərdən birini ürküdə bilər. Bir-birinə azadlıq verilməsi qarşı tərəfin xoşuna gəlir, nəinki qısqanclıqla müşaiyət olunan sədaqət andları.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir