Koronavirus

Qadınların koronavirusa yoluxma riski niyə azdır?

Baxış sayı: 790

Multivitaminlər, D vitamini, probiotiklər və Omeqa-3 yağ turşularının istifadəsi koronavirus infeksiyası riskini 10-15 % azalda bilər. Lakin ABŞ, İsveç və İngiltərə alimlərinin araşdırmasının nəticələrinə görə, bu metod yalnız qadınlar üçün təsirli olur. Tədqiqatın nəticələri “MedRxiv” saytında yayımlanıb.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, mütəxəssislər araşdırmada pasiyentlərin xəstəliyi necə keçirdikləri barədə məlumat paylaşdıqları “COVID Symptom Study App” proqramından istifadə ediblər. Əsas olaraq təxminən 400 min xəstənin sorğu anketi götürülüb, onların demək olar ki, yarısı pandemiya başlayandan bəri müxtəlif əlavələr qəbul edib.

Eyni zamanda, C vitamini, sarımsaq və sink istifadəsinin hər iki cinsin nümayəndələri üzərində heç bir təsiri olmadığı ortaya çıxıb. Multivitamin istifadəsinin infeksiya riskini 13%, D vitamininin 9%, probiotiklərin 14%, Omeqa-3 yağ turşularının 12% azaltdığı qeyd olunub. Ancaq bu əlaqə yalnız qadınlarda tapılıb.

K.G.Razumovski adına Moskva Dövlət Texnologiya və İdarəetmə Universitetinin taxıl emalı texnologiyası, çörək, makaron və qənnadı məhsulları istehsalı kafedrasının müdiri İqor Nikitin deyib ki, bəzi qida əlavələri immun sisteminə az, lakin müsbət təsir göstərir.

 

Ad – 00:21
OPTIMAL-BOSCH

 

“Qida əlavələri yalnız vitamin çatışmazlığı olan insanlarda immuniteti artırmağa kömək edir. Yəqin ki, tədqiqat iştirakçıları sink və C vitamini çatışmazlığından əziyyət çəkməyib” – Nikitin “İzvestiya”ya açıqlamasında bildirib.

“Ancaq komponentlərin istifadəsinin təsirinin qadınlarda nəzərə çarpmasının və kişilərdə infeksiya riskinə heç bir şəkildə təsir etməməsinin səbəbi fərqli yanaşmalar ola bilər”, M.V. Lomonosov Universitetinin professoru Oleq Medvedev deyib. O, qadınların sağlamlıqlarına qayğı göstərməkdə daha mütəşəkkil olduqlarına inanır.

Aytən Məftun




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir