zeka

Analitik zəkanızı gücləndirmək üçün 5 metod

Baxış sayı: 815

Analitik düşünmə uzaq bir termin kimi gələ bilər, mənası hadisələri bir dedektiv kimi analiz edib, həll edə bilmə bacarığıdır.

Həm iş, həm də sosial həyatınızda çox ehtiyac duyacağınız analitik düşünmə bacarığınızı inkişaf etdirmək üçün bir neçə metod mövcuddur. Təbii ki, bunları etdiyiniz zaman bir anda aydınlanmayacaqsınız, amma zaman keçdikcə zehniniz çalışacaq və güclənəcək. Bəs bu metodlar hansılardır?

 

1) Zəka oyunları oynayın.

Tapmaca, sudoku kimi zəka oyunları, dama, şahmat go kimi, ya da digital məkanlarda oynaya biləcəyiniz strategiya oyunları da ola bilər. Bu oyunları oyanayaq, həm əylənə, həm də analitik zəkanızı gücləndirə bilərsiniz.

 

2) Hər zaman yeni şeylər öyrənin.

Öyrənməyə açıq olmaq zehninizi canlı tutar. Araşdırma edin, bir qayda olaraq jurnal, qəzet, bloq və s. oxuyun, təlimlərə qatılın. İnformasiya deponuzu artırmaq və baxış bucağınızı geniş tutmaq üçün bu fəaliyyətlər çox işinizə yarayacaq.

 

3) Kitab oxuyun və müzakirə edin.

Kitab oxumaq, informasiya və mədəniyyət biliklərinizi artırarkən, oxuduğunuz kitabları müzakirə etmək, oradakı hadisələri daha yaxşı anlamağınıza səbəb olacaq.

 

4) Riyaziyyat problemləri həll edin.

Məktəbə başladığımızdan bəri həll etdiyimiz riyazi problemlər zehnimizi çalışdırır. Verilən şərti işlədərək, problemləri həll etmək gündəlik həyatımızdakı problemləri də analiz edərək həll etməyimizə kömək edəcək.

 

5) Detallara fikir verin.

Maşında, avtobusda, taksidə və ya yeriyərkən; içində olduğunuz otaqda, ofisinizdə, hər yerdə detallara fikir verə bilərsiniz. İnsanların adlarını, fərqli xüsusiyyətlərini ağlınızda tutun. Detallara diqqət etməyə başladığınızda, analitik düşünmə bacarığınız da inkişaf etməyə başlayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir