sufre

Bayram süfrəsinin orijinal görünməsi üçün vacib məqamlar

Baxış sayı: 670

Yeni ildə hər bir qadın fərqli süfrə dekoru ilə qarşılamaq istəyir. Gözəl görünüşlü süfrə həm şən əhval, həm də uğurlu il təəssüratı yaradır.

Beləliklə, bayram süfrəsinin fərqli, orijinal və sadə görünməsi üçün vacib olan məqamları təqdim edirik:

İllərdir Yeni il süfrəsinə iki rəng hakimdi: qırmızı və ağ. Qırmızı süfrə və ağ parçadan üzəri əl işləri ilə zəngin olan salfetlər masada bayram əhvalını hiss elətdirir. Süfrənizi qırmızı alma və ulduz kurabiyə də əlavə edə bilərsiniz.

Yeni il masasında şamlar da ən çox istifadə olunan detallardandı. Süfrəyə təbii görünüş vermək üçün ağacdan hazırlanan şamdanlardan istifadə olunur. Bundan əlavə təbii qozaları sevdiyiniz rənglə boyayaraq bayram masanızı orijinallıq qata bilərsiniz.

Övladlarınız və qonaqlarınız üçün fərqli nimçə düzümü edə bilərsiniz.

İnanclara görə Yeni il süfrəsində nar və yaşıl yarpaqlar olarsa, il maddi baxımdan sıxıntısız olacaq.

İçki qapaqlarından kiçik qardan adam düzəldərək həm masanız, həm də yolkanız üçün fərqli görünüş verə bilərsiniz.

Yeni il masası üçün kiçik yolka hazırlamaq istəyirsinizsə, o zaman uzun şiş çöpə ağ keçələr keçirin. Üzərini rəngli boyalarla bəzədikdən sonra süfrənizdə mini yolka və dekor olaraq süsləyə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir