usaq

Uşaqların sosial inkişaf göstəriciləri

Baxış sayı: 804

Yaş dövrlərinə görə uşaqların sosial inkişafları ilə bağlı əsas göstəricilər bunlardır:

1 aylıq körpə ağlayarsa, qucağa alındıqda, ona nəvazişlə toxunduqda və ya ona yemək verdikdə sakitləşir.

2 aylıq körpə ilə danışanda gülümsəyin. O, əşyalardan çox insanlara maraq göstərir.

3-4 aylıq körpə ilə danışanda o, bəzi səslər çıxarmağa başlayır.

5 aylıq körpə yad insanlara reaksiya verməyə başlayır, qucağa alınmaq istəyir, əyləncəli oyunlardan xoşu gəlir.

6-7 aylıq körpə yad insanlara qarşı qorxu reaksiyası göstərə bilər. Təsadüfi bir oyunu davam etdirmək üçün reaksiya verir.

8 aylıq körpə ana-atadan ayrıldığında ayrılıq təşvişi yaşaya bilər, “cic-cii” oynamağı sevir, “sağ ol” hərəkətini təqlid edir.

usaq

9-12 aylarında “əl çalma”  oyununa qatılır. Güldüyünüzdə bir səsi ya da hərəkəti təkrar edir. Oyuncağı başqasına uzadır, amma vermir. Xəfifcə vurmaqla və qucaqlamaqla sevgi göstərir. Sadə göstərişləri yerinə yetirir.

12-18 aylığında gizlənmə və digər sosial oyunlardan xoşu gəlir. Ondan istəyəndə və bəzən də özü oyuncaqlarını verir. Başqa bir uşağın yanında oynayır (onunla paralel oynayır, gerçək reaksiyalar vermir).

18-24 aylığında ana-atanı güvənli liman olaraq istifadə edir, onları sınayır. Maraqlı və aktiv bir şəkildə çevrəni kəşf edir, nəzarətə ehtiyacı vardır. Aynada özünü tanıyır. Süpürmə kimi bəsit ev işlərini təqlid edir. Onun diqqətini asanlıqla başqa yönə çəkmək və əyləndirmək olur. Tanıdığı böyük insanları gah qucaqlayır, gah da itələyir. Təxəyyülü formalaşmağa başlayır. Əşyaların kimə məxsus olduğunu anlamağa başlayır (ananın ayaqqabısı).

24-36 aylarında müstəqillik göstərir və öz-özünə oynamağa başlayır. Böyüklərin dəstəyi ilə bir oyuncağı bölüşə bilir. 3-10 dəqiqəlik hekayəni dinləyir. Bəzi sadə qrup oyunlarından xoşu gəlir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir