karantin

Karantində diqqət yetirməli olduğumuz vacib amillər

Baxış sayı: 759

Karantin zamanı diqqət edəcəyimiz ən əsas amil sağlamlığımızdır. İmmunitet sistemi bir çox faktordan, xüsusi ilə də, istehlak edilən qidalardan təsirlənir. Həftə sonu qəbul edilən yanlış qidalar immunitet sisteminə mənfi təsir edir. İmmunitet hüceyrələri də daxil olmaqla bütün hüceyrələrin sağlamlığı və normal fəaliyyəti üçün müxtəlif qida qruplarına məxsus məhsullar istehlak etmək lazımdır.

Beləliklə, xarici KİV-nə istinadən karantində diqqət yetirməli olduğumuz vacib amilləri təqdim edirik.

 

1) Çipsi kimi qida məhsullarından uzaq durun

Çips sağlıqlı qida hesab edilmir. İmmunitet sisteminə pis təsir edir. Tərkibindəki yağ immun balansını pozur.

 

2) Hazır paketlənmiş qidaların yerinə meyvə və tərəvəzlərə üstünlük verin

Gözünüzün önünə qoyduğunuz bir səbət meyvə yaxud da bir qab çərəz sizin sağlam şəkildə qidalanmağınıza şərait yaradacaq.

 

3) Effektli və faydalı pəhrizlərə üstünlük verin

Pandemiya dövründə evdə artıq qidalanma nəticəsində bir çox insanlar kökəlməyə başlayır və dietoloqa müraciət edərək artıq çəkidən xilas olmaq istəyir. Lakin dietoloq seçərkən və pəhriz yeməkləri yeyərkən diqqətli olmaq lazımdır. Yalnış pəhriz xəstəliyə səbəb ola bilər. Arıqlamaq üçün tətbiq edəcəyiniz məhdud və faydasız pəhrizlər, multivitamin, vitamin və qida əlavələri orqanizmdə zəhərli təsirlər yarada bilər.

 

4) Kompüter, televizor və telefondan istifadəni azaldın

Karantində qida rasiyonu ilə yanaşı televizor, komputer, telefondan da istiafdə qaydalarına düzgün riayət etmək lazımdır. Karantində istifadə etdiyiniz telefon, televizor ya da  və kompüterlə təması maksimum dərəcədə azaltmaq lazımdır. Əks təqdirdə  yayılan işıq şüaları təbii oyanma və yuxu rejimini poza bilər.

 

5) Bol miqdarda su qəbul edin

Su insan orqaniziminin immun sisteminin dəstəklənməsində mühüm rol oynayır. Bədənimizdə infeksiya ilə mübarizə aparan mühüm immun hüceyrələri daşıyan qan dövranı böyük ölçüdə sudan ibarətdir. Bu səbəbdən susuz qalsaq, immunitet sistemi pisləşə bilər.

 

6) Stresssən uzaq durun

Stressin də immunitet sisteminə böyük təsir göstərən amillərdən biri dir. Aradşdırmalar görə adi halda bədənəd yaranan  stress faydalıdır, lakin uzun müddətli stres, karantin dövründə immunitet sistemimizdə balanssızlığa səbəb ola bilər. Depressiya, həzm problemləri, ürək xəstəlikləri, yuxu pozğunluqları, artıq çəki, yaddaş və konsentrasiya problemləri stressə səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir