xestelik

“Ondine Lənəti” nədir? – “SAĞLAMLIQ BƏLƏDÇİSİ”

Baxış sayı: 749

Bir çox insanda nəfəs almaq problemi daha böyük olur və buna dünyada Ondine Lənəti adı  verilib. Tarixdə Yunan mifalogiyasında Tanrı öz sevdiyi insanı yuxusunda lənətləyib öldürüb ona görə də  Ondine Lənəti olaraq qalıb. Rəvayətə görə, ölümsüz olan su pərisi Ondine Hans adlı bir insana aşiq olur. Bir müddətdən sonra Hansın başqa birisinə aşiq olduğunu öyrənir və onu lənətləyir.

Ondinenin lənətindən sonra Hans ancaq şüurlu olaraq tənəffüs edir. Yatarkən onun tənəffüsü dayanacağı üçün yuxusuz qalır. Ancaq Hans 1 ay yuxusuzluğa dözə bilir və yatan kimi ölür. Belə ki bu lənətə sahib insanlar gecələri nəfəs ala bilmirlər. Özlərindən asılı olmadan nəfəs almaq yadlarından çıxır, bunu bacarmırlar və ölürlər. Daha çox yeni doğulmuşlarda rast gəlinən xəstəliyə irəli yaşlarda da müşahidə etmək olur. Beləliklə, “Gencaile.az” saytının “Sağkamlıq bələdçisi” rubrikasında həkim-terapevt  Tural Qəmbərovun “Ondine Lənəti” haqqında yazısını təqdim edirik.

Ondinen lənəti sindromunun yeni doğulmuşlarda səbəbi anadangəlmə onlarda tənəffüs mərkəzinin inkişaf etməməsidir. Yeni doğulmuşlarda şüur olmadığı üçün onlar iradi nəfəs ala bilmir və tələf olurlar. Təcrübəli həkim tərəfindən vaxtında aşkarlanarsa, həmin uşaqlar süni tənəffüs aparatına qoşulur, bir müddətdən sonra belə uşaqlara Pace adlı cihaz qoşulur və onlar avtomatik nəfəs ala bilirlər. İrəli yaşlarda isə bu xəstəliyin səbəbi keçirilmiş ağır kəllə-beyin travması nəticəsində beyin əsasının zədələnməsi, beyindaxili qansızmalardır. Bu zədələnmələrin nəticəsində tənəffüsün qeyri-iradi idarə olunması itir və insan tənəffüsünü öz iradəsi ilə idarə edir.

“Ondinenin lənəti” sindromu ən zalım xəstəliklər sırasındadır. Dünyada hər 200 000 yeni doğulmuşdan birində bu sindroma təsadüf edilir . Onlar xüsusi cihazlar vasitəsi ilə yatırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir