covid-19

Alimlərdən pandemiya ilə bağlı PROQNOZ – Yay aylarında…

Baxış sayı: 822

Alimlər koronavirus pandemiyasının yaxın iki ay ərzində tədricən zəifləyəcəyini proqnozlaşdırır.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, immunoloq Vladimir Bolibokun “ura.ru”ya verdiyi məlumata görə, bundan sonra yoluxmalarda payız və dekabr aylarında olduğu kimi böyük artım olmayacaq.

“Ən yüksək zirvəyə çatdıq. Bu, pandemiyada ən yüksək dalğa idi. Fevral ayının sonu – mart ayının əvvəlində bu rəqəmlərdən ayrılacağıq, yoluxma sayı azalacaq”, – immunoloq qeyd edib.

Moskva Dövlət Universitetinin Virusologiya kafedrasının professoru Aleksey Aqranovskinin fikrincə, bu azalma hamar olacaq.

“Yazda yoluxmada azalma olacaq, ancaq kəskin deyil, tədricən. Peyvənddən düzgün istifadə edilərsə, koronavirus infeksiyası daha sürətlə azalacaq”.

Mütəxəssislər hesab edir ki, ən kəskin azalma 2021-ci ilin yayında özünü göstərəcək. Bu isə həm peyvənd olunanlarda, həm də xəstələnənlərdə yaranmış immunitet hesabına baş verəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir