MASIN

Şaxtalı havada avtomobilə necə qulluq etməli?

Baxış sayı: 887

Qış aylarında avtomobillərə fəslə uyğun qulluq etmək lazımdır. Mütəxəssislər bu xüsusda antifrizə daha çox diqqət yönəldir. Onların sözlərinə görə, motorun lazımı temperaturda olması və bu temperaturu qoruması üçün keyfiyyətli soyutma sisteminə ehtiyac var.

Belə ki, qış aylarında bəzi avtomobillərdə soyuqdan donma baş verdiyi üçün antifrizin dəyişdirilməsi lazımdır. Əks halda soyuq havada “termostat” partlayır. Şaxtalı havada bir çox digər problemlər də ortaya çıxır. Problemlərin də ən böyüyü “blok” partlamasıdır. Buna görə də, qış fəslində antifriz mütləq yenilənməlidir.

masin

Ekspertlərin dediyinə görə, bəzi sürücülər bir dəfə antifrizi təzələyir və 2-3 il gedəcəyini düşünür. Ancaq belə deyil. Çünki yayın istisində buxarlanma artdığı üçün antifrizə su əlavə olunur və beləliklə onun keyfiyyəti azalır. Keyfiyyəti azalan antifriz isə mənfi 10 dərəcədə donur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir