ilham eliyev

Dünya liderlərinin TOY FOTOLARI

Baxış sayı: 1. 178

Biz onları hər zaman dövlət idarə edərkən, diplomatik görüşlərdə görürük. Bir zamanlar bizlərdən biri olduqlarını unutduğumuz liderlər ən yüksək kürsüdə əyləşiblər.

Uğurlu lider olan prezident və birinci xanımların gənclik illəri, toy mərasimləri hər zaman sadə insanların diqqət mərkəzində olub.

“Gencaile.az” saytı “Lent.az”-a istinadən bu zamana qədər dünyada məşhur olan liderlərin toy şəkillərini təqdim edir:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Gülbaran Ərdoğan 1978-ci ildə ailə həyatı qurublar. 

 

Vladimir Putin Lyudmila Putina ilə  1983-cü ildə nikaha daxil olsalar da, 2013-cü ildə ayrılıblar.

Türkiyənin 1993-cü ildə vəfat edən keçmiş prezidenti Turgut Özal və Semra Özalın dillərə dastan olan sevgisi 1954-cü ildə rəsmiləşib.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və keçmişdövlət katibi Hillari Klinton 1975-ci ildə ailə həyatı qurublar.

Mahatma Qandi və  Kasturba Qandinin evlilik illəri 1883 – 1944-cü illəri əhatə edir. 

Emmanuel Makron Briqitte Makronla 2007-ci ildə ailə həyatı qurub.

3 evlilik yaşayan ABŞ-ın eks-prezidenti Donald Tramp 2005-ci ildə Melaniya Tramp ilə nikaha daxil olub.

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl 1948-ci ildə Nəzmiyə xanımla ailə qurub. Bu evlilik 2013-cü ildə Süleyman Dəmirəlin vəfatı ilə başa çatıb.

2009-2017 –ci illərdə ABŞ prezidenti olan Barak Obama 1992-ci ildə Mişel Obama ilə ailə qurub.

Nikolas Sarkozi ve Karla Bruni 2008-ci ildə nikaha daxil olublar.

60 il birgə yaşayan Bülent Ecevit və Rahşan Ecevetin ailə həyatı 1946-2006-ci illəri əhatə edir.

Azərbaycan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1983-cü ildə ailə qurubar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir