sevgi

Xoşbəxt evliliyin 4 sirri

Baxış sayı: 938

Xoşbəxt evlilik – bu, bir şans deyil. Səbir, fədakarlıq, uzlaşma, razılaşma, qayğı, məhəbbət, hörmət və etibarın məhsuludur. Xoşbəxt və yaxşı bir evliliyin sirri bir dərman qarışığı kimi mürəkkəb ola bilər.

Bir az sevgi, hörmət, güvən, ər-arvadın etməsi lazım olan bəzi güzəştlər, bir az duyğusal sabitlik və dəstək evliliyin əsas sirləridir.

Unutmayın, evliliklərdə xoşbəxtlik üçün asan və ya qısa yol yoxdur, ancaq ona gedən yavaş və çətin bir yol var. Bu yolda 3 vacib amil nəzərə alınmalıdır:

1. Sevgi, şəfqət, qayğı.

2. Bəyənilmək, bəyənmək, heyranlıq.

3. Arzuolunan.

Bu 3 element qarşılıqlı olmalıdır. Bu tarazlığa nail olmaq üçün bunlara diqqət edin:

1. Həyat yoldaşınızı olduğu kimi qəbul edin və onu dəyişdirməyə çalışmayın.

2. Yaşanan hər problemdə özünüzə “Mənim səhvim nədir” sualını verin. Özünüzdə səhv gördüyünüz davranışı dəyişdirməyə çalışın, yəni günahlandırmaq əvəzinə məsuliyyət götürün.

3. Haqlı olmaq əvəzinə xoşbəxt olmağı seçin.

4. Həyat yoldaşınızı qeyd-şərtsiz sevin və qəbul edin. Dəyişiklik üçün bir dönüş gözləməyin, “Mən bunu dəyişdirdim, sən də onu dəyişdir” demədən səbrlə və sədaqətlə özünüzü dəyişdirin. Çünki insanlar qarşısındakını dəyişmək üçün az, özünə isə çox səbirli ola bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir