saat

Uğurlu insanların zaman sərf etmədiyi 8 fəaliyyət

Baxış sayı: 752

1)Müvəffəqiyyətli insanlar sosial mediada çox zaman itirmirlər

Facebook-da bildirşlərə baxmaq, Instagram-a şəkillər yükləmək, Twitter-də status yeniləmək həyatımızın bir parçası hesab olunur. Ancaq sosial mediadan aşırı istifadə sizə planlarınızı həyata keçirməyə mane olur. Siz sosial şəbəkələrə daxil olarkən özünüzə zaman məhdudiyyəti qoymalısınız və zaman bitdikdə siz şəbəkəni bağlayıb, işlərinizə davam etməlisiniz.

 

2) Uğurlu insanlar plansız gün keçirmirlər

Uğurlu insanların məqsədlərindən biri də hər günün planına uyğun davranıb, həmin günə yazılmış planları həyata keçirməkdir. Siz də özünüz üçün gündəlik tapşırıqlar qeyd edib, günün sonunadək onları yerinə yetirə biləriniz. Növbəti gün üçün başqa plan hazırlamaq şərtilə… 🙂

 

3) Müvəffəqiyyətli insanlar emosional duyğularını tükətmirlər

Siz həqiqətən də uğurlu həyata addım atmaq istəyirsinizsə, öz həyatınızdakı pozitiv hadisələrə fokuslanmalısınız. Məhsuldar insanlar öz vaxtını emosionallığa sərf etmirlər. Hər hansı razılaşmadan öncə bu əlaqənin sizin həyatınıza müsbət təsir edəcəyindən əmin olun. “Bəli” deməzdən əvvəl düşünün və bilin ki, bəzən təkliflərə “yox” demək sizin üçün daha yaxşı ola bilər.

 

4) Uğurlu insanlar idarə edə bilmədikləri şeylər üçün narahat olmurlar

Müvəffəqiyyətli insanlar başa düşürlər ki, həyatda idarəedilə bilinməyən hadisələrə gör narahat olmağa dəyməz. Dəyişilməz situasiyalarda heç nə edə bilməz. Narhatlığa sərf olunan zamanı edə biləcəyin hər hansı işə sərf edə bilərsən.

 

5) Uğurlu insanlar neqativ insanlarla əlaqə saxlamırlar

Deyək ki, ən çox vaxt keçirdiyiniz təxminən 5 insan vardır. Siz özünüz yaxşı olmağınızı istəyirsinizsə, ətrafınızda da ən yaxşıları olmalıdır. Əmin olun ki, ətrafınızda olan mənfi insanlar sizin uğurunuza neqativ təsir göstərə bilər.

 

6) Müvəffəqiyyətli insanlar keçmiş səhvlərində dayanıb qalmırlar

Hər kəsin səhvləri olur. Hətta uğurlu insanlar da səhvlər edir. Onların həyatdakı uğuru bir səhv ikinci dəfə təkrarlamamaq, səhvlərdən nəticə çıxarmaq və öyrənməkdir. Uğurlu insanlar səhvləri sayəsində daha yaxşı ola bilən insanlara deyilir.  Beləliklə, siz də səhv etdiyiniz zaman onu düşünməyə çox zaman sərf etməyin. Keçmişi dəyişə bilməzsiniz, bu günə fokuslanıb gələcəkdə eyni səhvləri təkrarlamayacaq addımlar atmalısınız.

 

7) Uğurlu insanlar başqalarının nə etdiyinə fikir vermirlər

Bu uğurlu insanların edə bildiyi ən gözəl addımdır. Əgər siz özünüzü başqaları ilə müqayisə etsəniz bu sizi daha da aşağı endirəcək. Özünüzü müqayisə edə biləcəyiniz ən yaxşı insan elə siz özünüzsünüz. Müqayisə edəndə illər ərzində yaxşlığı doğru dəyişdiyinizi, daha uğurlu insan olduğunuzu görəcəksiniz. Təbii ki, əgər öz üzərinizdə çalışmış olsanız. 🙂

 

8) Uğurlu insanlar özlərini “vacib olanlar” siyahısında sonda qoymurlar

Biz düşünürük ki, kifayət qədər yatmamaqla, çox çalışmaqla böyük uğurlar əldə edə bilərik. Ancaq uzunmüddətli uğur və xoşbəxtlik üçün siz özünüzü ən vacib şəxs hesab etməlisiniz. Günə öz sevdiyiniz aktivitilərlə başlamalısınız, məsələn, idman, meditasiya, kitab oxumaq və s. Sizə nə uyğundursa. Çünki günə sevdiyiniz şeyləri etməklə başlayanda gün ərzində siz özünüzü xoşbəxt hiss edəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir