sevgi

Aşiq olan kişiləri necə tanımalı?

Baxış sayı: 631

Yəqin ki, bir çoxunuz ən azı 1 dəfə də olsa, qarşınızdakı insanın hisslərini öyrənmək istəmisiniz. Amma kişilər hisslərini ifadə etməkdə çətinlik çəkdikləri üçün onların duyğularından əmin ola bilməməyiniz normaldır. Qarşınızdakı insan bunu bilərəkdən də edə bilər, içinə qapanıq biri olduğu üçün də. Amma bu o demək deyil ki, kişilərin nə hiss etdiklərini bilməyəcəksiniz. Bəzi davranışlar kişiləri bu məsələdə ələ verir.

Gözlər qəlbin aynasıdır

Elm sübut edir ki, göz bəbəklərinin böyüməsinə təkcə işıq deyil, duyğular da səbəb olur. Kişinin sevdiyi qadına baxarkən göz bəbəkləri əhəmiyyətli dərəcədə böyüyür. Uzun-uzun səbəbsiz baxan kişi də aşiq ola bilər.

Səs dəyişiminə diqqət edin

Aparılan tədqiqatlara görə, kişi sevdiyi qadınla danışarkən qadının səs tonuna və sürətinə uyğun danışmamağa çalışır. Bir sözlə, aşiq kişi daha yumşaq və sevgi dolu səsə üstünlük verir.

sevgi

Çox sual verməkləri normaldır

Kişilər sevdikləri qadınlarla çox maraqlanırlar. Yəni birlikdə vaxt keçirəndə bir-birinin ardınca gələn suallar sevgidən ola bilər. Aşiq kişi təkcə qadına deyil, qadının sevdiyi şeylərə də maraq göstərir. Buna görə, bəzən bu suallar heç bitmək bilmir.

Yaxşı dinləyici olurlar

Bir əvvəlki bənddə də qeyd etdiyimiz kimi kişilər sevdikləri qadınla maraqlanırlar. İstəyirlər ki, qadın onu həm narahat, həm də xoşbəxt edən hər şeyi bölüşsün. Bu halda, kişilər çox yaxşı dinləyici olurlar. Adi vaxtlarda səbirsiz olan kişi bir anda çox səbirli birinə çevrilə bilir.

Dost-tanış tədqiqatı aparırlar

Kişilər sadəcə qadının özü ilə deyil, ətrafı ilə də tanış olmaq istəyirlər. Eyni zamanda, qadınların onları öz dostları ilə tanış etməsi də aşiq kişini xoşbəxt edir.

Təfərrüatlara əhəmiyyət verir, planlar qururlar

Aşiq bir kişi sevdiyi qadınla bağlı hər şeyə diqqət yetirir və asan-asan da unutmur. Eləcə də, kişilər sevdikləri adamlarla daha çox vaxt keçirmək istəyirlər, tez-tez görüş təklif edən kişi qarşısındakı insana vaxt ayırdığını göstərmək istəyir. Hətta sevdikləri qadına dair unutmadıqları detallardan yola çıxıb tez-tez sürprizlər edə, yaşadıqları anları ölümsüzləşdirmək istəyə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir