İnfarkt

İnfarktın qurbanı olmamaq üçün bu əlamətlərə DİQQƏT!

Baxış sayı: 800

Qəfləti ölümlərin əsas səbəbi sayılan infarkt son illərdə çox geniş yayılıb. Mütəxəssislər mütəmadi olaraq infarkta səbəb olan amilləri, onun ilkin əlamətlərini açıqlayaraq əhalini diqqətli olmağa, risklərin qarşısını almağa çağırırlar. Bununla bağlı daha bir mütəxəssisin – ürək-damar cərrahı, uzman həkim Cabir Gülmalıyevin tövsiyələrini təqdim edirik:

Ölüm hallarının başında gələn ilk səbəb infarktdır. İnfarktın qurbanı olmamaq üçün onun ilkin əlamətlərinə fikir vermək lazımdır. Xüsusilə də ailəvi anamnezində koronar damarların xəstəlikləri olan insanlar.

Əlamətlər:

– Döş qəfəsində ağrılar

– Ürəyin tez-tez döyünməsi

– Baş gicəllənməsi

– Ani gücsüzlük, yorğunluq

– Sinədə təzyiq

– Nəfəs darlığı

– Öskürək

– Tərləmə və ürəkbulantısı.

İnfarktın qarşısını zamanında almaq üçün aşağıdakı risk faktorlardan uzaq durun:

– Əsəb, stress

– Hədsiz fiziki yükləmələr

– Alkoqol, siqaret, narkotik vasitələr

– Hava çirklənməsi

– Ağır kalorili yeməklər

– Şəkərlə zəngin olan qidalar

– Hipertoniya və şəkərli diabeti nəzarətsiz buraxmaq

– Oturaq həyat tərzi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir