8 mart

8 marta hədiyyəni necə seçmək lazımdır: qadınların tiplərini müəyyən edirik

Baxış sayı: 754

8 mart – Beynəlxalq qadın bayramı hər bir qadın üçün gözlənilən, kişilər üçün isə imtahan anıdır. Gün getdikcə bu təqvim daha da yaxınlaşır. Kişilər əlləri əsə-əsə başını, ürəyini və ya cibini tutur.

Qadınınız üçün düzgün hədiyyəni seçməkdə işinizi rahatlaşdırmaq üçün müxtəlif xarakter və maraqları olan 5 əsas qadın tipini müəyyən etdik.

1. Tip – prakitik və məqsədinə çatan

Bu cür qadın nə istədiyini bilir. Ona paxıllıq edirlər, karyerist hesab edirlər. Amma həqiqətən də həsəd aparılası qadındır – önünə qoyduğu bütün məqsədlərə çatır. Bu cür qadına veriləcək hədiyyə praktik, karyerasına xeyir gətirən və inkişaf etdirən olmalıdır. Ən yaxşı seçim – dəbli telefon, planşet, kompüter, fotoaparatdır. Yadınıza salın, bəlkə o, şəxsi inkişafa yönəlmiş hansısa təlimə və ya master-klasa qatılmaq istəyirdi. Bu cür tədbirlərdə iştirak qeyd edilən qadınlar üçün əla hədiyyə olacaq.

2. Tip – təəsüratlı və romanitk

O çox incədir. Xasiyyəti hava kimi dəyişgəndir. Belə qadınlar unudulmaz Paris səyahəti, dəniz sahilində şam ışıqlarında nahar barədə arzulayır. Onun xəyalını gerçəkləşdirin. Əgər onu Parisə aparmağa imkanınız çatmırsa, Eyfel qülləsi fonunda fotosessiyaya aparın. Ya da hava balonunda səyahət sifariş edin. Amma evdə romantik nahar da pis seçim deyil. Lakin bu zaman onun sevdiyi yeməyi hazırlmaq üçün əziyyət çəkməli olacaqsan.

3. Tip – Ekstremal idmançı

O, ancaq sağlam qida qəbul edir, idman zalına gedir, finteslə məşğul olur, səhərlər qaçışa çıxır, sağlam qida haqqında hər şeyi bilir, paraşütlə tullanır və ya kartinqdə yarışır. Bu cür qadın üçün ən yaxşı hədiyyə hovuza, idman klubuna, yoqaya, şeypinqə, piltatesə abonement olar. Əgər o ekstrim xəstəsidirsə, ona ekstremal sürücülük sertifikatı verin.

4. Tip – şopoqolik

Şopoqolik-qadın bir gün alış-veriş etməsə ürəyi partlayar. Belələri üçün şoppinq psixoterapiyadır. Onlar yeni paltara, zinyət əşyasına və s. çox məmnun olacaqlar. Lakin, əgər paltar alışı sizlik deyilsə, sevdiyiniz qadına onnun getdiyi dükanda alış-veriş etmək üçün hədiyyə sertifikatı verə bilərsiniz. Gözəllik salonuna sertifikat da pis seçim deyil.

5. Tip – evdar xanım

Bu tipli qadınların evində hər şey yerində olur, otaqlar təmizlikdən par-par parıldayır, yemək isə həmişə hazır olur. Belə qadınlar üçün ən yaxşı hədiyyə mətbəxlə bağlı ola bilər: blender, mikser, kombayn, gözəl fincanlar və s.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir