etir

Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri

Baxış sayı: 1. 052

Gözəl qoxuların insan ruhuna təsir edib yaxşı hiss etdirdiyi elmi cəhətdən sübut olunmuşdur. Eyni zamanda, kişilərin gizli aksessuarı hesab edilən ətirlər qadınlarda xoş təəssürat yaratmağın ən effektli üsuludur. Düzgün ətiri tapmaq çətin olsa da, hansı qoxuları sevdiyinizi müəyyənləşdirməklə uğurlu ola bilərsiniz. Unutmayın ki, seçdiyiniz ətir sizinlə bütünləşməlidir. Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətirini təqdim edirik:

“Penhaligon’s – Bayolea” 

Əgər sizə əyləncəni xatırladan bir qoxu arzulayırsınızsa, bu “Penhaligon Bayolea” ola bilər. Ətir naringi, limon kimi sitrus meyvələrinin yüngül qoxusunu xatırladır və ədviyyat, sidr, səndəl ağacı ekstraktlıdır.

“Clean – Black Leather”

Dəri qoxusu ətirə dərinlik qatmaq üçün istifadə edilən əsas komponentdir. Clean bu qoxunun sayəsində daha ağır gecə ətiri yaratmağa müvəffəq olub.

“Le Labo – Santal 33”

 

Le Labo”nun  Santal 33” ətiri iri şəhərlərdə yaşayıb gərgin işlərdə çalışan kişilərin sevimli seçimi ola bilər. Çünki bu ətir sizə özünüzü meşədə ocağın yanında kimi hiss etdirəcək. Ətirin əsasını parfümeriya istehsalında istifadə edilən ladan, büxur, sidr bitkisi və istiot təşkil edir.

Burberry  Mr. Burberry Indigo”

Burberry” ətirləri saat 5 çayı, Big Ben və Kral ailəsi kimi İngiltərənin simvoluna çevrilib. Gecə dəvətləri üçün ideal ətir axtarırsınızsa, əminliklə bu markanı seçə bilərsinizTərkibindəki indiqo ekstraktı özündə həm meşə, həm də sitrus effektini birləşdirir.  Bu səbəbdən də, bütün mövsümlərdə istifadə edə bilərsiniz.

“Diptyque – Vetyverio”


“Diptyque” zövqlü şamları ilə məşhur olan markadır. Buna baxmayaraq, zövqlərini ətirləri hazırlayarkən də istifadə edib brend olmağı bacarıblar. Gündüz istifadə üçün yararlı olan bu ətir qreypfrut və mandarin ekstraktları ilə fərahlıq hissi bəxş edir.

Versace  Dylan Blue”

Ən yaxşı ətir siyahılarında həmişə yer alan Versace” markasının “Dylan Blue” ətiri həm gecə, həm gündüz eyni qoxudan istifadə etmək istəyənlərin əsas seçimidir. Ətir hazırlanarkən Aralıq dənizindən ilhamlanılıb. İstifadən zamanı okean təravətini gün boyunca üstünüzdə hiss edəcəksiniz. 

Chanel – Bleu de Chanel”

  

Ətir sevmədiklərini düşünən kişilər üçün ideal seçimdir. Hər kəs tərəfindən bəyənilən bu ətirin baza notları ağ sidr, olibanum (Büxur) və sandal, üst notları isə berqamot, limon və nanədən ibarətdir.

Maison Margiela – Replica by Fireplace”

 

Bu ətir evdə sobanın ətrafında oturmaqdan zövq alanlar üçün uğurlu seçim olacaq. Mixək yağı, şabalıd, portağal çiçəyi və vanil ahəngini hər istifadədə hiss edəcəksiniz.

“Jo Malone London – English Oak & Hazelnut”

 

Bu uniseks ətri sizə fındıq kimi yüngül, palıd və vetiver kimi daha güclü əsas notların qarışımını təklif edir. Sidr qoxusunu sevirsinizsə, “Jo Malone”nun bu ətiri sizin üçündür.

“Kingsman TGC – by Azzi Glasser” 

2017-ci ildə “Kingsman” filmi üçün xüsusi hazırlanan bu odekolon indiyədək qoxuladığınız ən yaxşı ətirlərdən biri ola bilər. Ətirin əsas notunu dəfnə yarpağı, çay və qətran təşkil edir. Qeyd edək ki, uzun müddət qalıcılığa malik ətirdir.

“Tom Ford  Neroli Portofino”

 

Tom Ford adının özü dəbdəbə və zərifliyin təcəssümüdür. Ford əmindir ki, ən arzu olunan əlçatmaz olandır. Ona görə də, ətirləri həmişə insanı provokasiyaya təhrik edir və cəzb edir. “Neroli Portofino” isə qoxu baxımından olduqca yüngül və əladır. Berqamot, neroli, rozmarin, limon və mandarin notlarından təşkil olunmuşdur.

“Odin New York – 10 Roam”

 

Fərqli qoxular sizə cəlbedici gəlirsə, “Odin”in “Roam” ətirini seçə bilərsiniz. 2013-cü ildə yağış meşələrindən ilhamlanaraq yaradılan bu ətir özündə həm şirin, həm də ağır qoxuların harmoniyasını əks etdirir. 

“Czech & Speake – No. 88 Cologne Spray”

 

Təzə berqamot, qızılgül, ətirşah, vetiver və səndəl ağacının konsentrat qarışığından hazırlanan bu ətir bütün mürəkkəbliyi ilə Londonun Cermin küçəsindəki ilk “Czech & Speake” sərgi salonunun qoxusunu əldə etmək məqsədi ilə hazırlanıb. Əgər özünüzü ingilis dəbinə uyğun hesab edirsinizsə, bu qoxu sizin üçün əvəzedilməz olacaq.

“Acqua di Parma  Colonia”  

Acqua di Parma  markası klassik tərzi sevən kişilər üçün mükəmməl seçimdir. Berqamot, limon, lavanda, adaçayı, rozmarin və palıdın vəhdət təşkil etdiyi bu ətir ciddi görünüşünüzə çox yaraşacaq.

 “Byredo – Gypsy Water”

 

2008-ci ildə satışa çıxarılan “Gypsy Water” vanil və kəhrəba ilə tamamlanan berqamot, bibər və giləmeyvə kimi üst notlarına malikdir. Bu ətir, adətən, sevgi mövzusunda ağlı ilə ürəyi arasında qalan kişilər tərəfindən bəyənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir