toqqa

Kəmərdən düzgün istifadənin 2 qaydası

Baxış sayı: 853

Kəmərlər kişilərin ən çox istifadə etdikləri dəb aksesuarıdır. Onlar praktik, funksional və olduqca vacibdir.

Bəs siz onlardan düzgün istifadə edirsiniz? Bu məqaləmizdə kəmərinizi ayaqqabılarınızla və digər aksesuarlarınızla necə uyğunlaşdırmalı olduğunuzdan danışacağıq:

Kişilərin kəmər taxmaqla bağlı qaydaları digər geyim qaydalarına bənzəyir, olduqca sərt və köhnəlmişdir.

Artıq bacardıqca izləməli olduğunuz yeni trendlər var. Başqa sözlə, sahib olduğunuz hər cüt ayaqqabı ilə uyğunlaşması üçün bir kəmər almaq məcburiyyətində deyilsiniz.

Yəni bir cüt mavi süet ayaqqabınız varsa, onunla geyinmək üçün mavi süet kəmərə ehtiyacınız yoxdur.  Bunun əvəzinə qara və ya boz kəmərdən istifadə edə bilərsiniz.

Bunları nəzərə alaraq doğru kəməri seçərkən diqqət etməli olduğunuz 2 məqamı bölüşürük:

  1. Dəriləri uyğunlaşdırın.
  2. Metalları uyğunlaşdırın.

İndi isə bu təlimatlara daha ətraflı nəzər yetirək:

Dəriləri uyğunlaşdırın

Ən təməl səviyyədə bütün geyiminizdə eyni rəngli dəriyə üstünlük verə bilərsiniz. Burada söhbət ayaqqabılarınız kəməriniz, saatınızın qayışı və digər dəri aksesuarlarınızdan gedir.

Qəhvəyi dəri çəkmələr geyinirsinizsə, qəhvəyi dəri kəmər taxmaq mümkündür. Tam eyni ton olmasa da, qəhvəyi rəng olmasına diqqət yetirə bilərsiniz. Təbii ki, bu qayda müxtəlif rəngli dəriləri eyni zamanda geyinməkdən çəkinənlər üçündür.

Qeyd edək ki, burada dəqiq uyğunluq olmasa da, bənzərlik vacibdir. Məsələn, laklı dəri ayaqqabılarla parlaq dəri kəmərlər daha yaxşı görünür.

toqqa

Metalları uyğunlaşdırın

Geyiminizdə dəridə olduğu kimi metal detalları da uyğunlaşdırmaq yaxşı ideyadır.

Məsələn gümüş metaldan hazırlanan saat taxırsınızsa, kəmərinizdə də gümüş metalların olmasına diqqət yetirin.

Ancaq, əlbəttə, siz sadəcə qara, qəhvəyi, gümüşü rənglərdə geyinməli deyilsiniz. Bəs yaşıl, boz, mavi rəngləri necə istifadə etmək olar?

Təxmin edilənin əksinə, bu qeyri-ənənəvi rəngləri uyğunlaşdırmaq çətin deyil. Çünki boz, mavi, qara rənglərin müxtəlif tonları bir-biriləri ilə yaxşı yaraşır.

Yekun olaraq, kəmərinizi digər aksesuarlarınızla uyğunlaşdırmağa çalışın, amma rənglər və metallar uyğun deyilsə, narahat olmayın, arada qarışdırmaq, yeniliklər etmək də yaxşıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir