SAAT

Prestij və zənginlik: Dünyanın ən bahalı 10 saatı

Baxış sayı: 794

Bir çox kişi saat taxmağı xoşlayır. Bu prestij və zənginlik əlaməti sayılır. Əsas odur ki, sizə də bu saatlardan biri qismət olsun. Beləliklə, dünyanın ən bahalı 10 saatının siyahısını təqdim edirik.

 

10) Hublot Black Caviar Bang

Şəkildə görsənməsə də bu saatın korpusu qızıldan hazırlanıb, üzərində isə 322 dənə brilyant var. Əl işidir. Dünyada yeganə ekzemplyardır və qiyməti 1 milyon dollardır.

9) Roger Dubuis Excalibur Quatuor

Bu saat silisiumdan hazırlanıb. Qeyd etməl lazımdır ki, saatın korpusu titandan 4 dəfə bərkdir. Saatın qiyməti 1 milyon 125 min dollardır.

8) Jaeger-LeCoultre Hybris Mechanica à Grande Sonnerie

Bu saatın qiyməti isə 1 milyon 147 min 070 dollardır. Onu 1300 detaldan hazırlayıblar. Saat Britaniyanın simvolu olan Biq Ben saatlarının səsini çıxardır.

7) Vacheron Constatin Tour de I’lle

18-karatlıq qızıldan hazırlanmış korpus və bərq vurmayan sapfir şüşə. Xronometrin əqrəbləri iki tərəflidir. Saatın qiyməti 1,5 milyon dollardır.

 6) Greubel Forsey Art Piece 1

Hazırlanmasında nanoskulptor Uillard Uiqanın iştirak etdiyi bu möhtəşəm saatın qiyməti 1,6 milyon dollardır.

5) Richard Mille Tourbillon RM 56-02 Sapphire

Saatın dizaynı çox yenidir. Çünki “tərpənən tellər” sistemi ilə hazırlanıb. Bu saatı almaq istəyrsinizsə 2 milyon dollar ödəməli olacaqsınız.

4). Lange & Söhne Grand Complication

Məşhur alma lakşeri-brendin yeni modeli. Saniyəölçən, təqvim və həəta ay fazaları var. Bu saatı əldə etmək üçün 2,5 milyon dollar lazımdır.

3) Patek Philippe Platinum World Time

Hərəkət və seçim azadlığını sevənlərin seçimidir. Dünyanın istənilən nöqtəsində zamanı biləcəksiniz. Bu gözəl saatın qiyməti o qədər çox deyil. Sadəcə 4 milyon dollar. Burda nə var ki…

2) Patek Caliber 89

Dünyanın ən ağıllı saatıdır. 33 göstərici sərgiləyə bilir. Hələ bu göstəriciyə görə rekord bu saatlardadır. Qızıl xronometrə malik 1728 detaldan ibarət bu cib saatın qiyməti 5 milyon 120 min dollardır.

1).Patek Philippe Super Complication

900 detaldan ibarət bu saatın hazırlanması üçün 5 il vaxt sərf edilib. Sərf edilən zamana görə qiyməti də pis deyil –  11 milyon dollar. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir