Bu dəfə sizə adı brendə çevrilən şərab növləri haqqında məlumat verəcəyik. Məlumatı diqqətlə oxuyun, imkan olan kimi bu şərabların dadına baxmağa tələsin.
Cabernet Sauvignon
Bu üzüm növündən əsasən qırmızı şərab istehsalı üçün istifadə edilir. Ən yaxşı Kabernet Souvinyon üzüm növü Bordeaux-dan gəlir. Belə bir fikir də var ki, Fransa üzüm istehsalı üçün ən yararlı torpağa malikdir.
Chardonnay
Bu şərab növü dünyanın ən çox satılan quru ağ şərabına çevrilib. Chardonnay dünyanın bir çox ölkələrində yetişir. Bu şərab adətən köhnə palıd çəlləklərdə hazırlanır.
Chenin Blanc
Geniş yayılmış üzüm növlərindən biri də Chenin Blancdır. Chenin Blanc baha qiymətə satılan üzüm növlərindəndir. Bu şərabın meyvə tərkibli qarışıqları da çox yaxşıdır. Şəraba Chardonnay əlavə edəndə onun dadı meyvəli və turş olur.
Grenache
Dünyada geniş yayılan ikinci üzüm növüdür. Grenache qulluq tələb edən üzüm növüdür. Bu üzüm növü quraqlıq və həddindən artıq isti olan yerlərdə yetişdirilir.
Pinot Noir
Bu üzüm növü də əsasən Fransada yetişdirilir. Ona qulluq etmək, yetişdirmək əziyyət tələb edir. Bu şəraba qara albalı, moruq əlavə edilə bilər.
Riesling
Dünyanın tanınmış şərablarındandır. Riesling üzümünün sərin iqlimə ehtiyacı var. Bu iqlim üçün isə Almaniya daha uyğun ərazidir. Bu şərab həm şirin, eyni zamanda kəm turş olması ilə seçilir.
Bu qədər, əziz oxucular, əgər əlamətdar günlərdə keyfiyyətli şərab içmək istəyirsinizsə, damaq zövqünüzə uyğun olaraq yuxarıdakı variantlardan birini seçə bilərsiniz.