market

Bu ədviyyatlarda bakteriyalar sürətlə çoxalır

Baxış sayı: 855

“WeChat” mobil rabitə sisteminin müəllifi sağlamlıq üçün təhlükəli 6 qidanın siyahısını sadalayıb.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bloger bu səbəbdən həmin məhsullara xüsusilə endirim vaxtı daha az yer verməyi tövsiyə edib.

Blogerin sözlərinə görə, çəkilmiş ət köhnə ətdən və ya piy qatılaraq hazırlanır. Buna görə məhsul təhlükəlidir. Evdə çəkilmiş ət bişirmək daha yaxşıdır. Bloqun müəllifi supermarketlərdə duzlu tərəvəzlərin zərərli mikroorqanizmlərin düşə biləcəyi qutularda saxlandığını, əlavə olaraq istifadə ömrünü artırmaq üçün natrium qatıldığını açıqlayıb.

Mütəxəssis qrili də arzuolunmaz məhsullar siyahısına daxil edib. Bloger qrilin köhnə məhsullardan hazırlandığı qənaətindədir.

Dilimlənmiş meyvələr isə faydalı xüsusiyyətlərini itirir, əlavə olaraq əl ilə qablaşdırıldıqda bakteriyalar onlara asanlıqla daxil ola bilər. Meyvə dilimləri xarab olmuş qalıqlardan hazırlanır, çürük hissələri kəsilib atılır.

Blogerin siyahısında az tələbat olan dondurulmuş balıq da var. Balıq bayatdırsa, ətin üzərində çöküklər əmələ gəlir, balığın gözləri qızarır və ya ağarır.

Mütəxəssis zərərli qidalar siyahısını ədviyyat dəsti ilə tamamlayıb. Bloger hesab edir ki, onlara korlanmış inqrediyentlər əlavə edilir. Bu da nəticədə ədviyyatların qablaşdırılmasında bakteriya və kifin çoxalmasına gətirib çıxara bilər. Odur ki, ədviyyatları ayrı-ayrı almaq daha təhlükəsizdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir