limon suyu ve bal

Limon suyu bu xəstəliklər üçün faydalıdır

Baxış sayı: 780

Təzə sıxılmış limon suyunun tərkibindəki antioksidan maddə bir çox xəstəliklərin müalicəsində uzun illərdi istifadə olunur. Bir çoxları sağlamlıqlarını qorumaq üçün hər gün  limon suyu qəbul edir.

Beləliklə, xarici KİV-ə istinadən limon suyunun faydalarını təqdim edirik:

 

Limon suyu immuniteti gücləndirir

C vitamini ilə zəngin olan limon suyu immun və həzm sisteminin fəaliyyətini gücləndirir. Bundan əlavə bədəndə xərçənglə mübarizə və yaraların tez sağalmasını təmin edir.

 

Limon suyu boğaz ağrısının qarşısını alır

İlıq limon suyu içməklə soyudəyməni və qripdən yarana biləcək boğaz ağrısının, faringitin qarşısını almaq mümkündür.

 

Qaraciyərin dərmanıdır

Qaraciyərdəki həzm fermentləri limon suyu ilə aktivləşir və qanda oksigenin tarazlaşdırmasına  dəstək olur.

Limon suyu qanı təmizləyir

Limon suyu qandakı toksinlərin təmizlənməsinə yardımçı olur.

 

Limon suyu kalori qəbulunu azaldır

Limon suyunun tərkibindəki pektin lifləri aclıq hissini azaldır və beləliklə, kilo almağın qarşı alınır.

Böyrəkdə daş yaranmasının qarşısını alır

Limon suyunu davamlı içərkən susuzluq yaranır və insan yenidən su içir. Bu zaman böyrəkdə daş yaranmasının qarşısı alınır.

Sümük əriməsinə mane olur

Limon suyunun tərkibindəki C vitamini bədənin kalsium mənimsəməsinə yardım edir. Bunun nəticəsində sümük rezorbsiyasının qarşısı alınır.

 

Limon suyu dərini təmizləyir

C vitamini üz dərisindəki qırışıqlığa və qara nöqtələrin yaranmasına mane olur. Limon suyunu içməklə yanaşı, üzünüzü də limon suyu ilə təmizləyə, yuya bilərsiniz.

 

Stressi azaldır

Limon qan təzyiqini, stresi azaldır və bədənə rahatlama hissi verir.

Limon suyundan ev təmizliyində istifadə edilir

Limon suyu sadecə sağlamlıq üçün deyil, ev təmizliyində də istifadə olunur.

Saç qulluğunda limon suyu

Saçların gur və parlaq olması üçün çox vaxt limon suyunu saça çəkirlər.

 

Göz sağlamlığı üçün faydalıdır

Limon suyunun tərkibindəki A və C vitamini katarakt və makula dejenerasiyasının qarşısını alır. Antioksidan xüsusiyyətləri sayəsində gözdə yığıla biləcək iltihabı yox edir.

 

İnfeksiyalarla mübarizə aparır

Limon suyunun tərkibindəki limon turşusu infeksiyalarla mübarizədə faydalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir