Amelia Dayer

Edama məhkum edilən, 400-ə yaxın körpəni öldürüb çaya atan qadın haqqında QORXUNC FAKTLAR

Baxış sayı: 735

Amelia Dayer tarixin ən qəddar və ən məşhur qatillərindən biri olub. İngiltərədəki Viktoriya dövründə təxminən 30 il boyunca baxdığı 300-400 körpəni öldürüb. Amelia təhsilli bir tibb bacısı idi və pul qarşılığında valideynləri tərəfindən istənilməyən körpələrə baxırdı.

O, əri öldükdən sonra pul qazanmaq üçün bu işə başlayıb. Ancaq baxdığı körpələri böyütmək əvəzinə, onları öldürüb.

Amelia Dayer 1836-cı ildə anadan olub. Bristolda böyük bir ailədə doğulan Amelia yaxşı bir təhsil alıb. O, gənclik illərində tez-tez ədəbi kitablar və şeirlər oxuyurdu. Amelia uşaq yaşlarında olan zaman anası tifus xəstəliyinə tutulub və qısa müddətdə yaşadığı zehni problemlərə təslim olub. Amelia anası ölənə qədər onun qulluğunda durub. Daha sonra ailəsi ilə əlaqəsini kəsib və özündən 35 yaş böyük George Thomas ilə evlənib.

Əri öldükdən sonra pul qazanmaq üçün “körpə əkinçilik” adlı bir işə girib.

Yaşlı Tomas ölmədən əvvəl cütlük bir uşaq sahibi olub. Dul qalan Amelia Dayer yeni doğulmuş körpəsi ilə maddi çətinliklər çəkib. Evlilik dövründə uşaq baxıcısı işini öyrənən Amelia tibb bacısı kimi təhsil alıb. Ancaq Dayer bu bacarıqlarını bir addım daha irəli aparıb və uşaqlara etibarlı, sevgi dolu bir ev baxıcı olacağı ilə bağlı qəzetlərdə elan verib. O, eyni zamanda xidmətləri üçün birdəfəlik ödəniş tələb edib.

Lakin Dayer bu ödəməni uşaqların bəslənməsinə və baxılmasına xərcləmək əvəzinə, onları öldürərək daha asan pul qazana biləcəyini düşünüb.

Police photo of Dyer after being arrested in 1896

Amelia Dayer daha çox pul qazanmaq üçün körpələri ac saxlayıb. Sonra körpələri öldürmək üçün onların bədənlərinə kimyəvi maddələr vurub.

1879-cu ildə bir həkim körpə ölümlərində artım olduğundan şübhələnib. O, dərhal bununla bağlı səlahiyyətlilərə xəbər verib. Araşdırmalar zamanı ölən körpələrin bir çoxuna Amelianın baxdığı məlum olub. Dayer cinayətə məhkum edilmək əvəzinə bir iş düşərgəsinə göndərilir.

Photograph of Amela Dyer upon entry to Wells Asylum in 1893

O, həbsxanada çox ağır fiziki iş görməyə məcbur olduğu üçün iki dəfə intihara cəhd edib. Sərbəst buraxıldıqdan sonra uzun müddət depressiyada qalıb və psixoloji problemi olduğu üçün bir neçə xəstəxanada müalicə alıb.

Amelia həbsxanadan çıxdıqdan qısa müddət sonra yenidən köhnə işini görməyə davam edib.

Etirazların artması polisi məsələni ciddi şəkildə araşdırmağa sövq edib. 1896-cı ilin mart ayında Temza çayında bir körpənin kağıza bükülən cəsədi tapılıb. Bağlamanın bir küncündə solmuş yazı var idi. Yazıda bir ünvan qeyd olunumuşdu. Ünvan polisi Dayerin evinə gətirib. Evə gələn polislər Dayeri polis bölməsinə aparıb. Amelia Dayer bütün cinayətlərini etiraf edib və öldürdüyü körpələri Temza çayına atdığını söyləyib. Çaya atdığı körpələrin boyunlarında ağ bir bant olduğunu da bildirib. Çayda axtarış aparan polis Dayerin təsvirinə uyğun gələn 6 körpənin cəsədini tapıb.

Amelia Dayer haqqında hökm verilib və o, edama məhkum olunub.

Məhkəmənin onu edam cəzasına məhkum etməsindən 5 dəqiqə keçməmiş o, 10 iyun 1896-cı ildə edam edilib. Dayerin öldürdüyü körpələrin dəqiq sayı məlum deyil. Ancaq onun uşaqlarına baxdığı anaların sözlərinə görə 400 körpənin öldürüldüyü təxmin edilir. Bu hadisədən sonra ölkədə övladlığa götürmə qanunları sərtləşdirilib.

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir