Ramazan ayında oruc tutanlar iftar və imsaq süfrələrinin reseptləri ilə maraqlanırlar. Dadlı, eyni zamanda doyumluluq hissi yaradan yeməklər isə hər bir oruc tutanın diqqət mərkəzində olur.
Bu dəfə Lent.az-ın mətbəxi layihəsində sosial şəbəkədə məşhur olan “Dadlı mətbəxim” səhifəsinə istinadən fərqli dada malik şirniyyatdan söz açacağıq. Asan hazırlanması ilə diqqət çəkən bu şirniyyat pankekdir.
Pankeki hazırlamaq üçün bizə hansı ərzaqlar lazımdır?
2 yumurta
3 yemək qaşığı şəkər tozu
2 yemək qaşığı əridilmiş kərə yağı
2 stəkan süd
2 stəkan un
1 qabartma
1 vanil
Sadə hazırlanması və ləziz dadı ilə süfrənizin bəzəyinə çevriləcək bu şirniyyatı bişirməyə elə indi başlayın.