Gecə 6-7 saat yatan fərdlər az və ya çox yatanlarla müqayisədə infarkt keçirmə riski ilə nadir hallarda üzləşirlər.
Bu barədə Alimlər tərəfindən aparılan araşdırmanın nəticəsində deyilir.
Elmi araşdırmalar nəticəsində məlum olub ki, 6-7 saatlıq gecə yuxusu ürək sağlamlığı üçün daha faydalı ola bilər.
2005-2010-cu illər arasında ABŞ-da keçirilmiş “Milli Sağlamlıq və Bəslənmə Müayinəsi Sorğusu”na qatılan 14079 nəfər orta yaşlı insanın məlumatlarını təhlil edən tədqiqatçılar iştirakçıları gecə yuxusu müddətinə görə üç kateqoriyaya bölüblər. Onların yuxu vaxtı və ürək sağlamlığı izlənilib.
Daha sonra iştirakçıların aterosklerozla əlaqəli ürək xəstəliyi riskini araşdıran tədqiqatçılar yuxu müddəti ilə ürək sağlamlığı arasında əhəmiyyətli əlaqə olduğunu təyin ediblər.
Ürək xəstəliklərini tətikləyən amillər nəzərə alınan zaman yuxunun tez-tez nəzərdən qaçırıldığını bildirən Henry Ford Xəstəxanasının həkimi, tədqiqat qrupunun rəhbəri Kartik Gupta 6 saatdan az və ya 7 saatdan çox yatan iştirakçıların ürək xəstəliklərindən ölüm riskinin daha yüksək olduğunu bildirib.
Gupta yalnız yuxu müddətinin deyil, eyni zamanda yuxunun keyfiyyətinin və dərinliyinin də vacib olduğunu vurğulayıb.