Əgər hər hansı bir xanımla tanış olmaq, onunla münasibət qurmaq istəyir, ancaq bunu bacarmırsınızsa, bu məqalə məhz sizin üçündür. Beləliklə, sözügedən mövzudakı çətinliyinizi aradan qaldırmaq üçün sizə 8 tövsiyə təqdim edirik.
1)Əgər xanım ictimai yerdə boş yerin çox olmasına baxmayaraq sizinlə üzbəüz oturursa, deməli sizin kimi tanışlıq axtarışındadır.
2) Əgər restoranda yan masa arxasında oturan xanımın diqqətini çəkmək istəyirsinizsə, anonim olaraq ofisiant vasitəsi ilə ona gül sifariş edin. Bir az gözləyin, qoy gülü kimin verdiyini axtarsın, sonra özünüzü bəlli edin.
3) Telefonu soruşaraq yox, yolüstü fənd edərək almaq daha rahatdır. Xanıma deyin ki, şəbəkəni yoxlamaq üçün sizə mesaj atsın.
4) Xanımla söhbət etmək üçün sualları elə verməlisiniz ki, bir-birinə bağlı olsun. Məsələn “Ora necə getmək olar?” sualından sonra “Bu ən qısa yoldur?”, “O mşhur binanın yanında deyil?” kimi suallar verməlisiniz.
5) Onunla söhbət edərkən necə göründüyünüz yox, mövzu barədə düşünün.
6)Ona sual verərkən elə edin ki, cavabı tapmaq asan olsun. Bu halda o özünü daha əmin hiss edəcək.
7)Hər bir xanıma yaraşacaq komplimentlər (Necə də gözəlsiniz) yağdırmayın. Onun fərdiyyatına toxunun (Üzüyünüz sırğalarınızla mükəmməl uyum sağlayır).
8) Tanımadığınız xanımı rəqsə dəvət edərkən “Rəqs edə bilirsiniz?” və ya “Sizi rəqsə dəvət etmək olar?” kimi suallar verməyin. Sadəcə əmin şəkildə əlinizi uzadın və onu rəqs meydanına aparın.
Salam xanm tanş olamq istərm yas fərt etmız