yuxu

Bu şəxslər xroniki yorğunluqdan əziyyət çəkir

Baxış sayı: 681

Piroqov Mərkəzinin Tibbi Reabilitasiya Klinikasının psixoloqu Tatyana Korobova “kp.ru”ya açıqlamasında koronavirusu hətta yüngül keçirən xəstələrin sağaldıqdan sonra uzun müddət psixoloji problemlərlə qarşılaşdığını deyib.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, ekspert insanların gücsüzlük və halsızlıqdan şikayətləndiyini, eyni zamanda çoxunun hər şeyə laqeyd münasibət göstərdiyini vurğulayıb.

“Bu cür simptomlar ilk növbədə neyropsixoloji nəticələrlə əlaqələndirilir, lakin psixoloji amilləri diqqətə almamaq olmaz. İnsanlar əvvəlki qədər aktiv olmadıqlarını hiss edir. Və buraya postkoronavirus sindromunun psixoloji komponenti qoşula bilər, məhsuldarlığın, aktivliyin, həyat enerjisinin az olmasından narazılıq yaranır. Bunlar subdepressiv təzahürlərdir”, – T.Korobova qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir