qadin

Qadınları yaşlı göstərən makiyaj xətaları

Baxış sayı: 906

Hər bir qadın gözəl görünmək üçün az da olsa, makiyajdan istifadə edir. Makiyaj zamanı edilən xətalar “sayəsində” yaşlı görünmək mümkündür.

Beləliklə, xanımları yaşlı və yorğun göstərən makiyaj xətalarını təqdim edirik:

 

Nəmləndirici ilə makiyaja başlamayın…

Quru dəri insanı yorğun və yaşlı göstərir. Nəm dəri quru dəriyə nisbətən insana cavan görünüş verir. Amma makiyaja əvvəlcə nəmləndirici kremlə başlamayın.

 

Tonal krem…

Tonal krem ləkələri gizlədib, dərini daha hamar göstərir. Yanlış seçilən tonal krem gözəlliyinizə kölgə sala bilər. Maye və ya toz halında olan tonal kreminizin qurumamasına diqqət yetirin.

 

Sürmədən çox istifadə yanlış qərardır…

Sürmə gözlərin gözəl görünməsinə yardım edən əsas makiyaj vaistəsidir. Amma sürmədən çox istifadə etməklə gözləriniz kiçik, yorğun və yaşlı görünəcək.

 

Ənlik  az olarsa…

Ənliyin həddindən artıq az və ya çox olması gözəl görünüşünüzə manə olacaq.

 

Çox makiyaj etmək…

Kifayət qədər makiyaj etməmək  insanı solğun göstərirsə, həddindən artıq makiyajdan istifadə xanmların yaşlı görünməsinə səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir