“Gencaile.az” saytı “Kulis.az”-a istinadən məşhurların sevgi haqda sitatlarını təqdim edir.
Sevgi əbədidir, sevgililər müvəqqətti. – Paulo Koelyo
Kişilər kibrit çöpü kimidir, sevəndə başlarını itirirlər. – Anonim
Sevgini dostluqla ləkələməyin. Bitmiş bitmişdir. – Erix Mariya Remark
Sevmək bir adamı tanrının yaratdığı kimi görməkdir. – F.M.Dostoyevski
Səni sevmək ağır işdir, 24 saat, altı-bazar yox… Belə istismar olmaz. – Anonim
Dostum deyir, gözəl qadınları görəndə evli olduğum yadıma düşür. Məndə əksindədir: yadımdan çıxır! – Anonim
Qadınlar sevmək üçündür, Başa düşmək üçün yox. – O Uayld
Əsl Sevgi, məlum məsələdir, amansız olacaq. – O. Balzak
Sənə bir etiraf edim, əvvəl elə bilirdim sevmək hisslərin coşqunluğundandır, indi başa düşmüşəm ki, ağlın azlığındandır.– Anonim
20 yaşım olanda ancaq sevgi haqqında düşünürdüm, indi sadəcə düşünməyi sevirəm. – Fain Ranevskaya
Sevgi yeganə hədiyyədir ki, kiməsə verirsən, yenə özündə qalır. – Lev Tolstoy
Hörmət sözünü sevginin olmadığı boşluğu doldurmaq üçün uydurublar. – L. Tolstoy
Sevgi ürəkdə baş verən diş ağrısıdı – Henrix Heyne
Sevir, çünki sevir, sevmir, çünki sevmir – hisslərin və ehtirasların məntiqi sadədir. – A.Hersen
Qadınlar kişisiz cəmiyyətdə solğunlaşır, kişilər qadınsız cəmiyyətdə axmaqlaşır – A.P.Çexov
Sevgi də qanun kimidir, keçmişə şamil olunmur – Şərif Ağayar
Sevgi zibilə düşməkdir. – Seymur Baycan
Sən adına sevgi deyərsən, adamlar bir-birinə yoluxar sadəcə… – Şəhriyar Del Gerani